Türk jurnalistdən sensasiya: “...Ermənistanda daha hiyləgər siyasət yürüdüləcək”
Banuçiçək Kalbalıyeva
10:25 19.11.2020
Siyasət
917
“Regionda mənfəəti olan dövlətlər bir azdan işə qarışacaq"
"Hər zamankıtək Ermənistana gizli, ya da açıq dəstək verəcəklər”
“Ermənistan türk dünyasını bölmək üçün yaradılıb. Odur ki, onu qorumaq naminə hər şeyi edəcəklər”
“Biz isə qarşılıqlı olaraq hərbi və iqtisadi güclərimizi daha da artırmalıyıq”
Bu günlərdə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib. Bunu ölkə Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan feysbukda yazıb. Baş nazir Nikol Paşinyan Z.Mnatsakanyanın istefa ərizəsini qəbul edib. N.Paşinyan deyib ki, XİN başçısının işdən azad edilməsinə səbəb 2018-ci ildən başlayaraq danışıqlar prosesinin faktiki olaraq torpaqların təhvil verilməsi istiqamətində getməsidir. O, qeyd edib ki, danışıqlarda nəinki ətraf rayonların, hətta Şuşanın Azərbaycana qaytarılması məsələsi də müzakirə olunub.
Bununla belə, A.Naqdalyan baş nazirin iddiasını təkzib edərək danışıqlar prosesində Şuşadan imtinanın nəzərdə tutulmadığını vurğulayıb.
N.Paşinyan, həmçinin hökumətin tərkibində başqa dəyişikliklər edəcəyini də bildirib. Bu hadisənin ardınca sabiq nazirin müavini Şavarş Köçəryan da tutduğu postdan kənarlaşdırılıb. Ardınca Paşinyan ətraf mühit naziri müavini İrini Kaplanyanın istefa ərizəsinə qol çəkməli olub.
Fövqəladə hallar naziri Feliks Tsolakyan da “qonşudan geri qalma” prinsipini seçəsi olub. Beləliklə, Ermənistan hakimiyyətində faktiki olaraq “yarpaq tökümü” başlayıb. Belə getsə, baş nazir “sonuncu mogikan” olacaq.
Qeyd edək ki, dünən Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb. Xəbərə görə, fərmana əsasən, Ara Ayvazyan xarici işlər naziri təyin edilib.
Türkiyənin TRT kanalının Özbəkistan təmsilçisi, dosent Abdulhamit Avşar bu barədə fikirlərini “Sherg.az”la bölüşüb:
“Bildiyiniz kimi, ermənilər bəzi güclərə arxalanaraq Azərbaycan torpaqlarına dəfələrlə hücumun nəticəsində lazımi dərsi aldılar. Bu, regional nizama təsir göstərdiyi kimi, Ermənistanın daxilində böyük bir çaxnaşmaya da səbəb oldu. Əslində düşmən dövlət Azərbaycanın əks-hücum əməliyyatlarının ilk günündən etibarən “qaynamağa” başlamışdı.
Amma özbaşına bu situasiyanı dəyişə biləcəklərinə dair təbliğatları, xüsusilə xarici qüvvənin gec-tez yardım əli uzadacaqlarına inamı bu “qaynama”nın “partlayışa” çevrilməsinin qarşısını almışdı. Nəhayət, Azərbaycan ordusunun mütləq qələbəsi qarşında ağ bayraq qaldıran rəsmi İrəvan xaos içinə düşdü. Yerli xalqın hakimiyyətdəkilərə inamı qalmadı. Xarici dəstəksiz heç nə olduqlarını növbəti dəfə gördülər”.
Avşarın fikrincə, Ermənistan bundan sonra da müqavimət göstərməyə çalışacaq:
“Ermənistanda Paşinyan hökumətinin devrilməsi ilə daha hiyləgər və provokasiya xarakterli siyasət yürüdüləcək. Bunun üçün müxtəlif yollar və vasitələr sınanılacaq. Çünki Ermənistan əslində qurma dövlətdir.
O, dövlətçiliyin təməl prinsiplərinə sahib deyil. Qurulduğu ərazilər də öz tarixi torpaqları olmayıb. Birinci dünya müharibəsində regional sülh və suverenlik naminə onlara hədiyyə edilmiş və sovet dövründə də Rusiyanın maraqlarına uyğun olaraq genişləndirilmişdir. Ermənistan türk dünyasını bölmək üçün yaradılıb. Bu dövlət başqa dövlətlərin maşasıdır.
Odur ki, onu qorumaq naminə hər şeyi edəcəklər. Bu da o deməkdir ki, daxili vəziyyətin düzəlməsi üçün regionda mənfəəti olan dövlətlər bir azdan işə qarışacaq və hər zamankıtək Ermənistana gizli, ya da açıq dəstək verəcəklər. Biz isə qarşılıqlı olaraq hərbi və iqtisadi güclərimizi daha da artırmalı, bugünkü qardaşlıq və əməkdaşlığımızı heç bir oyunun qurbanına çevrilmədən davam etdirməliyik.
Zamanı əvvəlcədən görmək və vaxtı çatanda Zəngəzuru geri almaq da heç ağıldan çıxarılmayan bir plan olmalıdır. Məndən olsa, Ermənistan içinə düşdüyü bu böhrandan heç çıxmasın və layiq olduğu yerə, yəni tarixin zibilliyinə basdırılsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm