Türkiyədə seçkilərlə bağlı bu məhdudiyyətlər qüvvəyə minir
Yusif Nəzərli
18:30 04.05.2023
Siyasət
494
Türkiyədə 14 may 2023-cü il bazar günü keçiriləcək Prezident və 28-ci çağırış parlament seçkilərinə 10 gün qalmış məhdudiyyətlər qüvvəyə minir.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yüksək Seçki Şurasının (YSK) müvafiq qərarında deyilir.
Qeyd olunub ki, səsvermə gününə 10 gün qalmış yazılı, şifahi və videogörüntü şəklində namizədlərin lehinə və ya əleyhinə, seçicilərin qərarına təsir edəcək hər hansı yayımın aparılması və sorğuların keçirilməsi qadağan olunur.
Bundan əlavə, seçki gününə dair qərarlar da açıqlanıb. Belə ki, seçki günü saat 06:00-dan 24:00-dək spirtli içkilərin satışı qadağan ediləcək. Yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan şəxslərdən başqa heç kim silah gəzdirə bilməyəcək. Seçki günü qəhvəxana, çayxanalar və internet kafe kimi bütün ictimai əyləncə yerləri bağlı olacaq. Restoranlarda yalnız yeməklər verilə bilər. Seçki günü saat 18:00-dan sonra isə toylar keçirilə bilər.
YSK-nın qərarlarına əsasən, saat 18:00-dək mətbuatda seçkilər və onların nəticələri ilə bağlı xəbər proqnozları və şərhlər vermək qadağan ediləcək.
Saat 18.00-21.00 arasında YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər dərc olunacaq. Saat 21:00-dan sonra bütün yayımların aparılması sərbəst olacaq.
Seçkilərinin ikinci tura keçəcəyi təqdirdə eyni müddəalar mayın 28-də də tətbiq olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region