Türkiyənin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Yusif Nəzərli
15:19 31.01.2025
Siyasət
324
31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Birol Akgünü qəbul edib.
XİN-dən Sherg.az-a verilən xəbərə görə, görüş zamanı, Türkiyə Respublikasıının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş səfiri Birol Akgün etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında mövcud tarixi, ənənəvi qardaşlıq və dostluğun müttəfiqliyimizin, o cümlədən regional və beynəlxalq müstəvidə birgə səylərimizin gücləndirilməsində müstəsna əhəmiyyətinin olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də birgə ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərimizin təqdirəlayiq olduğu, bu il Azərbaycanda keçiriləcək sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik qeyd edilib.
Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyada birgə təşəbbüslərin irəlilədilməsi istiqamətində səylərin əhəmiyyətli olduğu bildirilib.
Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbula və təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm