Ukrayna açıq savaşdan çəkinir
Yusif Nəzərli
21:14 02.11.2021
Siyasət
676
Əhəd Məmmədli: "Ukrayna hökuməti fərqindədir ki, birbaşa Rusiya ordusu ilə üz-üzə gəlmək gücündə deyil"
Ukrayna ordusunun ilk dəfə “Bayraqdar” PUA-sından istifadə edərək, Donbasda düşmən haubitsasını məhv etməsi münaqişənin aktiv fazaya keçmə ehtimalını gücləndirib. Ukrayna nə yolla olur-olsun, ərazi bütövlüyünü təmin etməyə, siyasi cəhdlərlə bərabər, ordusunu da gücləndirməyə çalışır. Eyni zamanda müəyyən strateji kəndləri nəzarətə götürməyə səy göstərir. Artıq Ukrayna ordusu bir kəndi ələ keçirib. Təbii ki, baş verənlər Rusiyanı ciddi şəkildə narahat edir.
Ukrayna sərhədinə Rusiyanın ordu cəmləməsi barədə məlumatlar yayılmaqdadır. Moskvanın bu istiqamətə ”İsgəndər” raketləri göndərdiyi barədə videolar sosial şəbəkələrdə yayılıb. Rusiya rəsmiləri açıqlama verirlər ki, Kiyev Kremli birbaşa münaqişəyə cəlb etməyə çalışır. Məsələ ondadır ki, Rusiya Ukrayna ilə açıq müharibəyə başlasa, bütün sivil dünya ukraynalılara dəstək verəcək, bu isə Kremlin qətiyyən arzulamadığı bir vəziyyətdir. Ancaq Moskva birbaşa qarşıdurmadan yayınsa da, Donbas separatçılarını cidd-cəhdlə dəstəkləyir. Bu dəstək həm hərbi, həm də siyasi-iqtisadi müstəvidədir. Bu arada Ukrayna lideri Vladimir Zelenski Rusiyaya sanksiyaları genişləndirib. Sanksiya siyahısına Krımda Rusiya Dövlət Dumasına seçkiləri təşkil edən şəxslər əlavə edilib.
Ukrayna-Rusiya gərginliyi ilə bağlı “Şərq”ə danışan AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli deyib ki, tərəflər arasında gərginlik müəyyən dövrlərdə arta, hətta daha kəskin hal ala bilər. Amma Şərqi Donbasda genişmiqyaslı hərbi-əməliyyatların başlanma ehtimalı zəifdir:
“Rusiya birmənalı bəyan edib ki, əgər Kiyev öz qoşunlarını separatçıların nəzarətində olan bölgələrə yeridərsə, rus qoşunları dərhal müdaxilə edəcək. Ukrayna hökuməti fərqindədir ki, birbaşa Rusiya ordusu ilə üz-üzə gəlmək gücündə deyil. Rəsmi Kiyevdə, indiki iqtidarda siyasi iradə görmürəm. Bunun başqa səbəbləri də var. Ukrayna Qərb ölkələrindən kifayət qədər dəstək görmür. Almaniya və Fransa kimi Avropa ölkələri Kiyevə etiraz edir, Ukraynanın öz ərazi bütövlüyü uğrunda mübarizə aparmasına, separatçılara qarşı çıxmasına narazılıq bildirir. ABŞ da lazım olan səviyyədə Ukraynanın yanında dayanmır”.
Ə.Məmmədliyə görə, yeganə ölkə Türkiyədir ki, həqiqətən Kiyevi dəstəkləyir, müasir silah-sursatla təmin edir:
“Ancaq reallıq odur ki, Ankaranın Moskva ilə münasibətləri də normaldır və tərəflər mövcud əməkdaşlığı nəzərə alırlar. Yəni Moskva-Kiyev münasibətləri gərgin olaraq qalacaq və hər iki tərəf bir-birini sərt şəkildə ittiham edəcəklər. Lakin ən azı indiki dönəmdə Ukraynanın genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı ehtimalı çox zəifdir. Yanında yetərli dəstəyi olmayan heç bir dövlət Rusiyanı qarşısına almaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm