Ukrayna - Azərbaycan münasibətləri: Müharibə iqtisadi əlaqələrə...
Yusif Nəzərli
17:11 25.08.2022
Siyasət
436
Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb
“923 milyon dollarlıq dövriyyə ilə Ukrayna Azərbaycanın post-sovet məkanında ikinci ən böyük ticarət tərəfdaşıdır”. Bu barədə "Sherg.az"a millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. Deputat bildirib ki, son 5 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb: “Müharibəyə rəğmən, iki ölkə arasındakı ticarət dövriyyəsi bu ilin geridə qalan aylarında da qorunub saxlanılıb. Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476,5 milyon dollar olub. Həmin dövrdə Azərbaycan bu ölkədən 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan Ukraynaya 20 milyon dollardan artıq humanitar yardım göndərib. Təcili yardım və yanğınsöndürən maşınlarını pulsuz benzinlə təmin edib. Azərbaycan Ukraynaya humanitar dəstəyini indi də davam etdirir. Avqustun 21-də Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə reabilitasiya kursu keçmək üçün valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib. Ölkələr arasındakı strateji münasibətlər kifayət qədər yüksək qiymətləndirilir. Tərəflər qarşılıqlı olaraq ərazi bütövlüklərini tanıyırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm