Vardanyan erməniləri zülmətə sürükləyir
Yusif Nəzərli
08:43 17.12.2022
Siyasət
553
Dövlətimiz Qarabağda erməniləri terrorçu mahiyyətli şəxslərin əlindən almalıdır
Azərbaycanlıların dinc aksiyaları davam etdiyi müddətdə separatçı-milyarder Ruben Vardanyan və onun başçılıq etdiyi şəxslər saxta xəbərlər tirajlamağa başlayıblar. Əvvəlcə Şuşa-Laçın yolundakı dinc aksiyanı “ermənilərin blokadaya alınması və humanitar fəlakət” kimi təqdim etmək istədilər. Lakin bu cəhdləri baş tutmadı. Çünki aksiya iştirakçıları bütün humanitar məqsədlərlə yolun açıq olduğunu bildirdilər. Hətta bir neçə dəfə Rusiya sülhməramlılarına aid təminat maşınları da yoldan maneəsiz şəkildə keçdilər. Növbəti dəfə Vardanyan erməniləri daha acınacaqlı vəziyyətdə göstərmək üçün Qarabağda yaşayan ermənilərin qaz təminatını dayandırdı. Lakin bu addım ilk növbədə həmin ərazidə yaşayan ermənilər tərəfindən ciddi narazılıqla qarşılandı. Nəticədə Vardanyanın komandasının bu addımı "uğurlu" nəticə vermədi və qaz təminatı bərpa olundu. Bundan sonra isə Vardanyan gülünc açıqlama verərək "Azərbaycan tərəfi qazı kəsmişdi, indi də qeyd-şərtsiz açıb" deyə bildirdi. Göründüyü kimi, Qarabağda yaşayan ermənilər növbəti dəfə Vardanyan kimilərin əlində alətə çevrilməkdədir. Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, separatçıların öz xalqını qış şərtlərinə baxmadan qazsız qoyması onların necə mənəviyyatsız və qəddar olmasının daha bir sübutudur. Analitik vurğulayıb ki, bu yola beynəlxalq ictimaiyyətdə yalan fikirlər oyatmaq üçün baş vurulub: "Elə bu hadisənin özü Qarabağın erməni əhalisinin onların əlində girov olduğunu sübut edir. Bu, əsl terrordur və Araik Arutyunyan, Ruben Vardanyan kimilər isə əsl terrorçulardır. Azərbaycan dövləti bu faktdan istifadə edib, Qarabağ ermənilərinin təhlükəsizliyi üçün onların qaz təminatını öz üzərinə götürməli, Ermənistandan gələn xətti isə ləğv etməlidir. Dövlətimiz Qarabağda erməniləri terrorçu mahiyyətli şəxslərin əlindən almalıdır. Hamı bilməlidir ki, Qarabağ ermənilərinin Azərbaycan dövlətindən başqa müdafiəçisi və təminatçısı yoxdur. Dinc ermənilərin həyatına təhlükə yaratdığı üçün Vardanyan terrorçu elan edilməli və ona cinayət işi açılmalıdır. Həmçinin dünya ictimaiyyətinə bu fakt barədə geniş məlumat verilməlidir. Dünya görməlidir ki, Azərbaycan xalqı keçirdiyi aksiyada haqlıdır və onların istəyi tək regiona sülhün gəlməsi yox, eyni zamanda Vardanyan kimi terrorçuların əlində əsir qalan ermənilərin azad edilməsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi