Xanım politoloq: Heç bir qüvvənin bu reallığı dəyişməyə gücü çatmaz
10:05 24.05.2024
Siyasət
548
Son 30 ildə ölkənin siyasi həyatı Qarabağla sıx bağlı olduğundan Ermənistanda müxalifətlə əlaqədar indiki vəziyyəti proqnozlaşdırmaq olardı.
Bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunov deyib.
Kortunovun sözlərinə görə, Paşinyanın hakimiyyətdə olduğu dövrdə ölkə üçün dəfələrlə kritik vəziyyət yaransa da, müxalifətin vaxtaşırı fəallaşmasına baxmayaraq, heç kim onu devirə bilməyib:
“Müxalifət birdən-birə Paşinyanı hakimiyyətdən uzaqlaşdırsa belə, Qarabağı yenidən nəzarətə götürməyi necə təsəvvür edir? Bu mümkün deyil. İndiki çağırışlardan, az qala Qarabağı qaytarmaq və ya ona müstəqillik vermək sözlərindən yaxşı heç nə olmayacaq. Hansı yolla? Ermənistan irəli getmək və sülh şəraitində yaşamaq istəyirsə, Azərbaycanla bağlı mövcud vəziyyətin reallıqlarını dərk etməlidir. Amma etirazlardan da göründüyü kimi, Qarabağ məsələsinin geri qaytarılmasına ehtiyac olduğunu düşünənlər var. Aydındır ki, bütün ərazinin Azərbaycanın nəzarətinə keçməsi nəticəsində ötən ilin payızında Qarabağdan Ermənistana köçən erməni əhalisinin narazılıq və nostalji üçün öz səbəbləri ola bilər. Bura Azərbaycanın ərazisidir və bu faktı heç kim ləğv etməyib.
Andrey Kortunovun fikirlərinə münasibət bildirən politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, Qarabağ işğaldan azad edilib və artıq Ermənistandakı hadisələrin inkişaf xronikasından asılı olmayaraq heç bir qüvvənin bu reallığı dəyişməyə gücü çatmaz:
“İndiki şəraitdə keşişin moderatorluğu ilə keçirilən etirazların Paşinyan hakimiyyəti üçün ciddi təhdid yarada biləcəyini düşünmürəm. Ümumiyyətlə, bu etirazlar çərçivəsində Qarabağın yenidən işğal olunması məqsədilə səsləndirilən revanşist iddiaların tamamilə absurd çıxışlar olması faktı isə hərkəsə məlumdur. Hətta bu iddiaları səsləndirən revanşistlərin özləri belə bunun mümkünsüzlüyünü bilirlər. Sadəcə kütlənin dəstəyini qazanmağa hesablanmış belə populist çıxışlar artıq Ermənistan cəmiyyətində ənənə halını aldığı üçün təəccüb yaratmır. İstənilən halda Paşinyan hakimiyyətinə son qoyulsa belə, bu mövcud reallığı dəyişmək iqtidarında deyil. Cənab Prezidentin dəfələrlə açıq şəkildə bəyan etdiyi kimi bizim ərazi bütövlüyümüzə və milli təhlükəsizliyimizə təhdid olduğunu hiss etdiyimiz anda adekvat şəkildə cavab veriləcək. Ona görə də, Ermənistan bu əsassız çıxışların acı nəticələrini yaşamaq istəmirsə, Azərbaycan ilə münasibətlərin normallaşmasından başqa çıxış yolunun olmadığını anlamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya