Xarici siyasət strategiyamız: "Beynəlxalq hüququn müdafiəsi..."
Fidan Həmişəyeva
12:20 24.07.2021
Siyasət
751
Azərbaycanın beynəlxalq nüfuz və imici ilbəil artmaqdadır. Əlbəttə, bütün bunlar ciddi diplomatik səy və çalışmalar nəticəsində baş tutub, tutur. Çünki olkəmizin 2010-2020-ci illər ərzində bir sıra beynəlxalq təşkilatlar üzv olub. Məsələn,
2011-ci ildə Qoşulmama Hərəkatına,
2012-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv olub. 2012-ci ildə Azərbaycan Nüvə Terrorçuluğu ilə mübarizə üzrə Qlobal Təşəbbüsə qoşulub.
Bundan başqa, 2012-ci ildə BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv,
2012-2013-cü illərdə BMT TŞ-yə qeyri-daimi üzvlük və 2012-ci ilin may ayında BMT TŞ-yə sədrlik, 2012-2015-ci illərdə ÜST İcraiyyə Şurasına üzvlük, 2014-2017 və 2018-2021-ci illərdə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzvlük,
2015-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusu
2015-2018-ci illərdə Beynəlxalq Telekommunikasiya Şurasına üzvlük,
2015-2019-cu illərdə UNESCO-nun Beynəlxalq İrs Komitəsinə üzvlük,
2017-2019-cu illərdə BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzvlük,
2017-2019-cu illərdə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının İcraiyyə Şurasına üzvlük,
2017-2020-ci illərdə Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzvlük,
2017-2020-ci illərdə Ümumdünya Poçt İttifaqının Administrativ Şurasına üzvlük
2018-2020-ci illərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Müdirlər Şurasına üzvlük,
2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrlik
2019-cu ildə Qrup 77-yə (G77) tamhüquqlu üzv,
2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində iştirakçı statusu
2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik,
2019-2022-ci illərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzvlük,
2019-2023-cü illərdə UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzvlüklər reallaşıb.
Ölkəmizin beynəlxalq təşkilarla əlaqələrinə münasibət bildirən millət vəkili Asim Mollazadə "Sherg.az"a bildirib ki, Azərbaycan üzv olduğu və yaxud sədrliyini həyata keçirdiyi beynəlxalq təşkilatlarda hər zaman hüquq normalarını, haqq-ədaləti müdafiə edib:
"Bu da Azərbaycanın bir çox dost və tərəfdaşlar qazanmasına səbəb olub. Ölkəmiz COVİD-19-un fəsadları ilə mübarizədə imkanı az olan ölkələrə maliyyə və vaksin dəstəyini əsirgəməyib. Xüsusilə, Afrika, Asiya və Latın Amerikası ölkələrinə belə yardımlar olunub. Azərbaycanın xarici siyasət strategiyası məhz tərəfdaşlıq, haqq-ədalət və beynəlxalq hüquq normalarının müdafiəsindən ibarətdir. Bu da ölkəmizə hörmət qazandırıb və Azərbaycanla tərəfdaş olan ölkələr mövqeyimizi müdafiə edib. Burada da əsas məqsəd hüququn aliliyinə dəstəkdir. Fikrimcə, məhz tərəfdaşlıq əsasında siyasəti formalaşdırmaq bizə imkan verir ki, ölkəmizin nüfuzunu artıraraq əməkdaşlıq istiqamətində münasibətlərimizi formalaşdıraq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual