Xələf Xələfov bu işə qarışırsa... – “Demarkasiya uğurla başa çatacaq”
Fidan Həmişəyeva
12:30 01.09.2021
Siyasət
571
Bu gün Rusiya və Azərbaycan Xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko və Xələf Xələfov arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Ətraflı fikir mübadiləsi zamanı Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli razılaşmalarının icrası, ikitərəfli və regional gündəliyə aid bir sıra aktual məsələlər müzakirə edilib.
Rusiya ilə olan münasibətlərlə bağlı Azərbaycan tərəfindən lazımlı addımlar atıldığını söyləyən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, rəsmi Moskva bəzən ikili standartlarla çıxış edir və ölkəmiz ermənilərin tərəfini tutduqları üçün onların səmiyyətinə inanmır:
“Nəzərə alaq ki, Xələf Xələfov həm peşəkar diplomatdır, həm də uzun müddət Rusiya ilə sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyada çalışıb və böyük işlər görüb.
X.Xələfov bu işə qarışırsa, Azərbaycanla-Ermənistan arasındakı sərhədin delimitasiya və demarkasiyanın uğurlar başa çatacağını proqnozlaşdırmaq mümkündür. Ancaq Rusiya lazımi addımlar atmalıdır. Sabah qondarma rejim “müstəqilliyinin” 30 illiyini qeyd edir. Ümumiyyətlə, bu, absurddur.
Rus sülhməramlıları belə bir mərasimin keçirilməsinə icazə verirsə, deməli, təxribat Rusiya tərəfindən hazırlanıb. İkincisi, Ermənistan parlamentinin üzvləri bu mərasimdə iştirak edəcəklərini bəyan ediblər. Əslində rus sülhməramlıları onları Xankəndiyə buraxmamalıdır. Çünki heç 20-30 min erməni yoxdur, hansı müstəqillikdən danışır və nəyi qeyd edirlər?. Rusiyanın buna göz yumması ağlasığmazdır.
Azərbaycan Müdafiə naziri öz mövqeyini bildirdi, amma xarici işlər nazirmiz də mövqeyini ortaya qoymalıdır. Daha doğrusu Azərbaycan bəyanat verməlidir , eyni zamanda parlamentin də müvafiq komissiyaları öz fikirlərini bildirməlidir. Qeyd olunmalıdır ki, ölkəmizə qarşı təxribatlar hazırlanır və bu təxribatın gizli müəllifləri Rusiyanın təhlükəsizlik orqanları, icraçıları isə azərbaycanlıların qanına əli batmış Araik Arutunyan və onu kimilərdir.
Bu adamlar təcili həbs edilməlidir. Rus sülhməramlıları belə bir tədbirin keçirilməsinə razılıq verəcəksə və Ermənistan parlament nümayəndələri orada iştirak edəcəklərsə, Azərbaycan rus sülhməramlılarının bölgədə iştirakının müvəqqəti olmasına belə yenidən baxmaq məcburiyyətində qalmalıdır. Ölkəmizin mediası məsələnin üzərinə getməlidir.
Parlament, siyasi partiyalar, QHT-lər var. Onların hər biri dövlətimizin yanında olmalıdır. Prezident də çox gözəl bilir ki, xalq onunla birlikdədir. İmkan verməməliyik ki, dövlətimizin maraqları kimlərinsə iqtisadi maraqlarına qurban verilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm