XII Qlobal Bakı Forumunda növbəti panel müzakirə keçirilib
08:19 14.03.2025
Siyasət
299
XII Qlobal Bakı Forumu çərçivəsində “Sülhə doğru” adlı panel müzakirə keçirilib.
APA xəbər verir ki, panel müzakirədə çıxış edən Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko bildirib ki, Rusiyanın Ukraynaya hücumu NATO amili ilə bağlı deyil.
O, Ukraynanın neytral ölkə olduğunu vurğulayıb.
Katerina Yuşşenkonun sözlərinə görə, Rusiya qoşunları, Rusiyanın iqtisadiyyatı artıq zəifləyib.
“Birimizin məhvi hamımızın məhvi olacaq. Biz Vyetnam və ya Əfqanıstan olmayacağıq. Bu müharibədə qələbə qazanmaq Putini dayandırmayacaq”, - o qeyd edib.
Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç müzakirələrdə deyib ki, ukraynalılar sülhü hamıdan çox istəyir: “Tramp müharibəni dayandırmaq üçün səy göstərir. Müharibə - maddi və mənəvi itkidir. Masada həllini gözləyən xeyli mövzu var. Avropa İttifaqı təkcə atəşkəsə nail olmaq yox, uzunmüddətli sülhü bərqərar etmək istəyir”.
Monteneqronun sabiq Prezidenti Milo Dukanovic isə çıxışında bildirib ki, getdikcə insanlar demokratiyaya şübhə ilə yanaşırlar.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin isə çıxışında qeyd edib ki, Fələstin-İsrail məsələsində “İki dövlətli həll variantı” seçilib.
“Fələstinlilərin Qəzzadan köçürülməsi etnik təmizləmə deməkdir, buna təəssüf edirəm”, - o deyib.
İsrailin sabiq Baş naziri Ehud Olmert fələstinlilərin Qəzzadan deportasiyasına qarşı çıxıb.
İsrailin sabiq xarici işlər naziri Tsipi Livninin sözlərinə görə, dünya liderlərinin çoxu artıq başa düşür ki, HAMAS hakimiyyətdə qalmamalıdır: “HAMAS hakimiyyətdə qalsa, dəstək alsa, ona pul ayrılsa, o, yenidən güclənəcək.
Xalqa ayrılmalı olan pullar yenə silahlanmaya yönləndiriləcək. Bundan həm fələstinlilər, həm də İsrail əziyyət çəkəcək. Müharibə yenidən başlayacaq. Cihad ideologiyası fələstinlilərin maraqlarını əks etdirmir, bu ideologiya artıq tarixə qovuşmalıdır”.
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Bülent Arınç indi Ermənistanın sülhə razılaşmalı olduğunu vurğulayıb: “BMT-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamələri var, amma bu qətnamələrin heç biri icra edilməyib.
Ermənistanın Qarabağın işğalı ilə bağlı da qəbul edilən qətnamələr icra edilməmişdi. Qarabağın işğalını, Xocalı faciəsini xatırlayaq. O zaman dünya ölkələri sadəcə Minsk qrupunu yaratmaqla işlərini bitmiş saydılar. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, indi isə Ermənistan sülhə razılaşmalıdır”.
Panel müzakirələrlə başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya