XİN başçısı: Ermənistan keçmiş imitasiya təcrübəsini davam edir.
Yusif Nəzərli
13:20 12.12.2022
Siyasət
382
“Müharibənin və işğalın dağıdıcı nəticələrinə və yaralarına baxmayaraq, Azərbaycan Ermənistana iki dövlətin sərhədləri çərçivəsində bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmətinə əsaslanan sülh təklif edib”.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı XİN başçılarının görüşündə deyib.
O qeyd edib ki, cari il ərzində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi münaqişədən sonrakı normallaşma prosesinə təkan verdi:
“Bu xüsusda, Brüsseldə keçirilən üçtərəfli görüşlər məhsuldar oldu. Azərbaycan bu formatı dəstəkləməyə davam edir və bundan sonra da bu istiqamətdə qarşılıqlı fəaliyyətə hazırdır.
Qərəzsizlik və bitərəflik, beynəlxalq hüquqa ciddi hörmət və tərəflərin razılığı hər hansı bir vasitəçilik və ya yardım təşəbbüsünün əsasını təşkil edir və bu prinsiplərə hər vəziyyətdə riayət olunmalıdır.
Avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir.
Bu xüsusda, Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı beynəlxalq hüquqa əsaslanır. İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlər ilə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq.
İkitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır, çünki Ermənistan keçmiş imitasiya təcrübəsini davam edir.
Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə davam edir.
Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir.
Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı.
Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə