XİN başçısı: Hindistanla Ermənistan arasındakı silah satışı ilə bağlı proses daimi izlənilir
12:10 28.12.2023
Siyasət
427
Hindistanla Ermənistan arasındakı silah satışı ilə bağlı müqavilələrdən xəbərdarıq, bu proses daim izlənilir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
“Hindistan Ermənistana silah satışını Pakistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinə, eyni zamanda, həyata keçirilən layihələrlə ilə əlaqələndirməyib. Mövqe ondan ibarətdir ki, bu, sizə qarşı yönəlmiş yanaşma deyil, bu kommersiyadır, hərbi sənayenin inkişafı üçün qoyulan hədəfin tələbidir. Bu, rəsmi mövqedir. Burada uzunmüddətli işğal faktoru və hərbi münaqişə var. Bölgədə sülhün əldə edilməsi üçün kövrək və tarixi şansın yarandığı vaxt belə bir addımın atılması prosesə ziyan verir, erməni tərəfində revanş kütləsini daha da ruhlandırır. Məsələn, bu yaxınlarda Ermənistan parlamentində müxalifətdən olan qrup qanunvericilik təşəbbüsü ilə çıxış etdilər ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması kriminallaşdırılsın. Yəni Ermənistanda kim bu faktı tanıyarsa, cinayət məsuliyyətinə cəlb edilsin. Təşəbbüsə dəstək verənlərin olmasını görməzdən gəlmək olmaz”, - nazir qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm