Yalçın Rəfiyev Yaponiya nəşrinə müsahibəsində COP29-dakı uğurlu nəticədən danışıb
Yusif Nəzərli
17:06 09.06.2025
Siyasət
419
COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Yaponiyanın "Nikkei" nəşrinə müsahibə verib.
Bu barədə Sherg.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Müsahibədə COP29-un yekununda əldə edilmiş uğurlu nəticə olaraq 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsi qərarı bir daha xatırladılır və Y.Rəfiyevə istinadən bu qərarın əldə olunması istiqamətində inkişaf etməkdə olan ölkələrin mövqelərinin koordinasiyası prosesində COP29 sədrliyi ilə yaxından əməkdaşlıq edən Çinin konstruktiv rol oynadığı vurğulanır.
Məqalədə həmçinin Beynəlxalq Enerji Agentliyinə istinadən hazırda təmiz enerji sahəsində qlobal investisiyada Çinin payının 1/3-ə çatdığı qeyd olunur və Çin tərəfindən 2013-2023-cü illərdə təkcə ASEAN ölkələrinə 2,7 milyard ABŞ dolları məbləğində sərmayə yatırıldığı bildirilir.
Bu xüsusda, Y.Rəfiyev, inkişaf etməkdə olan ölkələri səfərbər etmək imkanları ilə yanaşı, Çinin qlobal dekarbonizasiya prosesindəki liderlik rolunun da onun qlobal iqlim danışıqlarında qlobal liderlik funksiyasını daşıya biləcəyinə işarə olduğunu qeyd edir və ABŞ-nin Paris Sazişindən çıxmaq barədə qərarından sonra beynəlxalq iqlim danışıqlarında yaranan qlobal liderlik boşluğunu doldurmaq üçün ən yaxşı namizədin də məhz Çin olduğunu vurğulayır.
Nazir müavini, inkişaf etmiş dövlətlər tərəfindən isə qlobal iqlim danışıqlarında liderlik rolunu oynamaq üçün ən uyğun namizədin Birləşmiş Krallıq olduğunu bildirir. Belə ki, Birləşmiş Krallıqda yeni Leyboristlər hökumətinin qlobal iqlim fəaliyyətini prioritet olaraq müəyyən etdiyi və bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə görünür bir fəaliyyət aparıldığı qeyd olunur.
Məqalədə həmçinin Y.Rəfiyevə istinadən, cari ilin noyabrında Braziliyanın Belem şəhərində keçiriləcək COP30-un yeni ambisiyalı hədəflər müəyyən edərək dövlətləri COP prosesinə uzaqlaşmağa vadar etməkdən çox, əvvəlki COP-ların nəticələrinin icrasına fokuslanmalı olduğu qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə