Yeni şərait yaranıb: “Altılıq platforması”nı 5 ölkə dəstəkləyir...”
Fidan Həmişəyeva
12:31 03.09.2021
Siyasət
731
“Rusiya və İran da Türkiyənin Ermənistana etdiyi təklifi dəstəklədiyini bildirib”
“Əvvəllər Gürcüstan “3+3” formatına “naz edirdi”, sonradan isə bu formata dəstək verməyə hazır olduğunu bəyan etdi”
“Ərdoğan təklif edir ki, ermənilər yeni şəraiti qəbul etsə, Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşa bilər”
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi “Altılıq platforması” Bakı ilə İrəvan arasında etimadı artırmağa, həmçinin ölkələr arasında humanitar məsələləri həll etməyə kömək edəcək”.Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.Rusiya XİN nümayəndəsi Qarabağ məsələsinin Moskvanın diqqət mərkəzində olduğunu vurğulayıb.
“Əsas səylərimiz razılaşmaların həyata keçirilməsinə yönəlib, prioritetlər arasında humanitar vəzifələrin həlli, Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması, Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsi var. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında və yeni regional reallıqları adekvat nəzərə almaqla işinin intensivləşdirilməsini dəstəkləyirik”.
Ərdoğanın yalnız “Altılıq platforması”nı nəzərdə tutmadığını deyən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, Türkiyə prezidenti həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından bəhs edir.
Analitik qeyd edib ki, Türkiyənin Ermənistanla əlaqələrinin kəsilməsinin səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması və Türkiyəyə qarşı ərazi iddiaları idi:
“İndi isə yeni şərait yaranıb. Ərdoğan təklif edir ki, ermənilər yeni şəraiti qəbul etsə, Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşa bilər. Bunun üçün Ermənistan 10 noyabr sazişinin müddəalarını həyata keçirməli, Azərbaycan tərəfinin irəli sürdüyü sülh sazişini qəbul etməli, “3+3” formatı ilə bağlı əməkdaşlığın həyata keçməsinə razı olmalıdır. Bu zaman qardaş ölkə qapılarını Ermənistanın üzünə aça bilər. Ərdoğanın “Altılıq platforması” ilə bağlı irəli sürdüyü məsələnin əsasında bunlar dayanır. Zaxarova da Ərdoğanın bu fikrini dəstəkləyərək, Bakı və İrəvan arasında münasibətlərin normallaşacağını düşünür”.
S.Soltan onu da bildirib ki, Türkiyə regionda maraqlı olan güclərdən biri kimi Ermənistanla əlaqələrini bərpa edə bilər:
“Bu zaman Ermənistanın Rusiya və İranın sposorluğundan xilas olub, normal dövlətə çevrilmə şansı olacaq. Əks halda ömrü boyu Rusiyadan asılı olub, regionda təhlükəsizliyə ciddi fəsadlar yaradacaq. Rusiya və İran da Türkiyənin Ermənistana etdiyi təklifi dəstəklədiyini bildirib. Əvvəllər Gürcüstan “3+3” formatına “naz edirdi”, sonradan isə bu formata dəstək verməyə hazır olduğunu bəyan etdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm