
“Zatulinə psixi yardım lazımdır" - POLİTOLOQ
Yusif Nəzərli
00:11 13.05.2025
Siyasət
438
O, fakt göstərə bilirmi ki, Qarabağdan könüllü çıxmış ermənilərə hansısa zor tətbiq edilib?
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti dəfə qərəzli açıqlamaları ilə diqqət çəkib. O, ölkəmiz əleyhinə absurd ifadələr işlədib: "Azərbaycanda cəmiyyətdə rusofobiya yaranıb, bizim Rus Evimizin fəaliyyəti də qadağan edilib". Zatulin skandal sözlərini belə yekunlaşdırıb: "Bu cür epidemiyalar xarakterikdir. Azərbaycan bu gün Rusiya ilə münasibətlərdən əhəmiyyətli dərəcədə daha az asılıdır. Çünki bu gün Qarabağda öz məqsədlərinə çatmaq eyforiyasından istifadəyə davam edir. Qarabağdakı erməni əhalisini oranı tərk etməyə məcbur edən Azərbaycan haqqında başqa cür danışa bilmirəm". Göründüyü kimi, Zatulin yenə də öz ritorikasından əl çəkmir. O, hər fürsətdə Azərbaycanı hədələməyə çalışır və ölkəmiz əleyhinə cəfəng fikirlər səsləndirir. Lakin onun özünün də etiraf etdiyi kimi, Azərbaycan Rusiya ilə münasibətlərdən asılı dövlət deyil.
Politoloq Elçin Alıoğlu deyib ki, Zatulin özü ən böyük antisemit, ən böyük rusafobdur. Ekspertin sözlərinə görə, Zatulin unudur ki, Çeçenistan səmasında vurulmuş təyyarənin pilotları Azərbaycan vətəndaşı olan ruslar olublar:

"Hansı rusiyafobiyadan söhbət gedir? Bircə fakt varmı ki, Azərbaycanda rusafobiya var? Azərbaycanda rus dilində yüzlərlə məktəb, onlarla KİV var, verilişlər, radio proqramlar var. Zatulin iddia edir ki, "Qarabağdakı ermənilər zorla çıxarılıb". Biz bu bayatıları çox eşitmişik. "Dağlıq Qarabağ"dakı əhalini ermənilər özləri qovublar. Orada əhali sadəcə ermənilərdən ibarət deyildi. Orada azərbaycanlılar, malakanlar, udinlər və s. millətlər yaşayırdı. Zatulin fakt göstərə bilirmi ki, Qarabağdan könüllü çıxmış ermənilərə hansısa zor tətbiq edilib? Zatulin bildirir ki, Azərbaycan müstəqil siyasət yürüdür. Bax, Zatulini əslində qıcıqlandıran, əsəbiləşdirən məsələ budur. Zatulin və onun kimilərin nəzərində Azərbaycan adlı dövlət yoxdur. Zatulinə Allahdan şəfa diləyirəm. Moskvada tanış psixiatrlarım var, əgər istəsə, onun müalicəsini təşkil etməyə hazıram".
Xəbər lenti
Hamısına bax
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual