Zaur Məmmədov: "Azərbaycan Mərkəzi Asiya ölkələrinin inteqrasiyasında mühüm aktordur"

"Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşləri platformasına qəbul oldu. Artıq ənənə xarakteri daşıyan Mərkəzi Asiya liderlərinin görüşlərinə Azərbaycan liderinin dəvət olunması ölkəmizə verilən diqqət və hörmətin təzahürüdür". 

Bunu "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəsi Zaur Məmmədov deyib. 

Ekspert vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələrinin bir-birinə inteqrasiya olmaları üçün mühüm aktordur: 

"Azərbaycan Mərkəzi Asiyanın strateji xarakter daşıyan layihələrinin realllaşmasında əsas aktorlardan biridir. Təsadüfi deyil ki, Azərbaycanın artıq bu formatda qonaq qismində deyil, üzv olması məsələsi də həllini tapdı. Özbəkistan prezidentinin Azərbaycanın üzv seçilməsi ilə bağlı bəyanatında bildirildi ki, Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq. Beləliklə, 16 noyabr 2025 tarixində Azərbaycan Mərkəzi Asiya Məşvərət Şurasında da tamhüquqlu üzv statusunu almış oldu. Beləliklə, formatın tərkibi mövcud "beş"dən "altı"ya dəyişdi. Bununla da, Mərkəzi Asiya+Azərbaycan formatı quruldu".