Zaxarova: “Moskva və Bakı biotəhlükəsizlik məsələlərilə bağlı təmasdadır”
Yusif Nəzərli
19:48 20.04.2022
Siyasət
676
Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini və tarixən yaradılmış ümumi biotəhlükəsizlik məkanını nəzərə alaraq, Rusiya Federasiyası Azərbaycan tərəfdən gələn istənilən siqnala çox diqqətlə yanaşır.
Bunu “Report”un Moskva bürosunun Rusiyanın Azərbaycanda ABŞ bioloji laboratoriyalarının olması ilə bağlı iddialarını şərh etmək barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Biz bununla bağlı gələn istənilən siqnala çox diqqətlə yanaşırıq və onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu çərçivəsində nəzərdən keçirməyə hazırıq”, - Zaxarova bildirib.
Qeyd edək ki, aprelin əvvəlində Nyu-Yorkda Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurası çərçivəsində dünyanın müxtəlif regionlarında hərbi bioloji fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlərə dair dinləmələr keçirməyə təşəbbüs edib və bu dinləmələr zamanı ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bioloji laboratoriyalarının mövcudluğunu bəyan edib.
Zaxarovanın sözlərinə görə, Təhlükəsizlik Şurasındakı görüş Arria formulu üzrə qeyri-rəsmi olub. O, yaranmış vəziyyəti belə izah edib:
“Bu, başa düşmək üçün vacib bir nüansdır. Mən də bu şərhi qəbul edə bilmirəm. Milli biolaboratoriyaların olması öz-özlüyündə qınanılası bir şey deyil. Çünki öz səhiyyə sistemi olan istənilən ölkədə biolaboratoriyalar var. Məsələ burasındadındır ki, kim, necə və hansı məqsədlərlə, yəni nə dərəcədə aydın və şəffaf, hansı qanunvericilik əsasında orada öz işlərini həyata keçirir. Biz təkcə orada deyil, Ukraynada bioloji laboratoriyalar məsələsini qaldıranda dedik ki, bioloji laboratoriyalar bu ölkə ilə həmsərhəd olmayan başqa dövlətin nəzarətindədir. Biotəhlükəsizlik məsələsi kritik əhəmiyyət kəsb edir”, deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq