Zaxarova ona “Xarı Bülbül” nişanının hədiyyə edilməsinə münasibət bildirib
Zaxarova ona “Xarı Bülbül” nişanının hədiyyə edilməsinə münasibət bildirib
11:11 06.03.2024
Siyasət
355
Rusiya xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçidə keçirilən Ümumdünya Gənclər festivalı çərçivəsində ona azərbaycanlılar tərəfindən “Xarı Bülbül” döş nişanının hədiyyə edilməsinə münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarovaya bu gün keçirdiyi brifinqdə TASS agentliyinin müxbiri ona hədiyyə edilən və Qarabağın işğaldan azad olunmasının rəmzi hesab olunan “Xarı Bülbül” döş nişanının hədiyyə ediləməsi və bunun mətbuatda səs-küyə səbəb olması ilə bağlı sual ünvanlayıb.
Zaxarova ona “Xarıbülbül” döş nişanı hədiyyə olunması ilə bağlı səs-küyü növbəti şişirdilmiş hadisə adlandırıb.
“Bu festivala gəlməyənlər, burda olmayanlar yəqin ki bilmirlər ki, bütün festival iştirakçıları özləri ilə hədiyyələr gətirirlər. Fələstinlilər, argentinalılar, çinlilər və digərləri öz simvolları əks olunan hədiyyələr, suvenirlər gətiriblər. Bu, o demək deyil ki, bunları siyasiləşdirmək lazımdır. İnsanlar özləri üçün vacib olanı danışırlar, deyirlər. Bu, tamamilə normaldır, nə vaxt ki, insanlar özləri üçün vacib olan simvolların əks olunduğu hədiyyələri verirlər, həmin hədiyyələr vasitəsi ilə öz hekayələrini danışırlar”.
Rusiya XİN sözçüsü əlavə edib ki, təxribatlara uymamaq lazımdır: “Yəqin ki, bunlar (təxribatlar-red) olub və olacaq. Təxribatlara uymamaq lazımdır. Ən başlıcası isə hər şeydə müsbət şey axtarmaq lazımdır”, - o deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə