
Zəfərlərlə taclanan ordumuz: Silahlı Qüvvələrin inkişafı prioritetdir
Yusif Sultanoğlu
13:59 09.11.2023
Siyasət
792
"Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersayın paraddakı iştirakı və Prezident İlham Əliyevin ordu quruculuğunun inkişafı barədə söylədiyi fikirlər Xankəndidəki paradın diqqətçəkən məqamlarından idi".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
O bildirib ki, hazırkı beynəlxalq siyasi konyekturanın tələblərinin tez-tez dəyişməsi Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsini, yenilənməsini və ordunun maddi-texniki bazasının gücləndirilməsi məsələsini gündəmə gətirir:
"Əvvəla qeyd edək ki, qardaş Türkiyənin Silahlı Qüvvələrinin (TSK) modelinə uyğun olaraq Azərbaycan Ordusu artıq yenidən qurulmağa başlayıb. Əsasən, 2020-ci ildən başlayan bu prosesin birinci mərhələsi 44 günlük Vətən müharibəsi ilə yekunlaşdı. Müharibə dövrünə qədər ənənəvi hərbi model Həmlə taborlarına keçidlə başladı. Bu birliklər hərbi hissələrin kəşfiyyat bölmələrindən də hazırlığı olması ilə diqqət çəkirdi. Təxminən müharibəyə 8-10 ay qalmış yaradılan Həmlə taborları Vətən savaşında öz bacarıqlarını göstərdi və orduda olan dəyişikliklərin müsbət nəticələrindan biri kimi xarakterizə olundu.
Növbəti mərhələ isə İkinci Qarabağ müharibəsindən sonra daha yeni birliklərin- Komando briqadalarının yaradılması ilə başladı. Bu hazırlıqlı qruplar isə daha çox dağ-meşə şəraitində savaşmağı bacaran, antiterror əməliyyatlarını uğurla icra edən, müasir dövrün tələblərinə cavab verən bölmələrdən ibarət idi. Onların effektivliyi isə Vətən müharibəsindən sonra aparılan hərbi əməliyyatlarda özünü göstərdi. Azərbaycan suverenliyini və ərazi bütövlüyü təmin etdiyi üçün artıq qarşımızda növbəti hədəflər dayanır. Ona görə də ən müasir tələblərə cavab verən Türkiyə modelinə uyğun yeni hərbi birliklərin yaradılması başlayıb.
Bunlarla yanaşı, Azərbaycan hərbi arsenalını daha çox Türkiyə silahları ilə gücləndirəcək. Düzdür, ölkəmiz Rusiyadan, İsraildən, Belarusdan və digər dövlətlərdən silah alsa da, bundan sonra əsas üstünlük Türkiyəyə veriləcək. Bu, bütün yönlərindən əlverişli bir yoldur. Çünki müasir standartlara cavab verən ən son texnologiyanı istifadə etmək üçün müəyyən hazırlıqlar lazımdır. Ortaq dil məsələsi ordu quruculuğunun inkişafı üçün ən vacib komponentlərdən biridir. Ona görə də dünya silah bazarında iddiali güc olan Türkiyə Azərbaycan üçün ən yaxşı seçimdir.

Ekspert əlavə edib ki, TSK modelinə uyğun olaraq yenidən qurulan Azərbaycan Ordusu qardaş dövlətin hərbi təcrübəsindən uğurla yararlanır:
"Bundan əlavə, millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz bir olduğu üçün keçirilən təlimlərin də mənimsənilməsi daha asan formada mümkün olur. Şuşa Bəyannaməsinə əsasən, siyasi, hərbi və təhlükəsizliyin və birgə fəaliyyətlərin təşviq edilməsi məqsədilə gələcək illərdə ölkəmizdə Türkiyənin hərbi bazası da yaradıla bilər. Bu istiqamətdə zəmin hazırlanır, desək yanılmarıq.
Silahlı Qüvvələrdə başa verə biləcək digər dəyişikliklər isə Ordu korpuslarının birləşdilməsi və yaxud fərqli sistem əsasında fəaliyyətinin təşkil edilməsi ola bilər. Həmçinin Türkiyənin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə təkcə iqtisadi və siyasi dividendlər yox, eyni zamanda, hərbi sahədə də birgə fəaliyyətlər nəticəsində uğurlar qazanıla bilər. Bu da Asiya və Avrasiyada gələcək əməkdaşlıq üçün əlverişli bir perspektiv yaradır. Həmçinin təhdidlər üçün də güclü baza formalaşdırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm