
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır -ŞƏRH
09:37 09.01.2025
Siyasət
726
Ermənistan Azərbaycana 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi səbəbindən dayandırılmış dəmir yolu əlaqəsini bərpa etməyi təklif edib.
Ermənistanın Azərbaycanla sülhün əldə edilməsi strategiyasına sadiq qalacağını iddia edən Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan sülh strategiyasına sadiq qalacaq və sülh gündəmini ardıcıl olaraq davam etdirəcək: “Biz bundan sonra da sərhədlərin delimitasiyası, sülh müqaviləsinin mətninin razılaşdırılması, “Sülh qovşağı” layihəsinin həyata keçirilməsi, humanitar və digər məsələlərin aydınlaşdırılmasına diqqət yetirəcəyik”.
İki ölkə arasında nəqliyyat yollarının açılmasına gəlincə, Paşinyan bu kontekstdə Azərbaycana verilən təklifdən danışıb: “Azərbaycana Yerasx-Sədərək-Ordubad-Mehri-Zəngilan dəmir yolunun açılması (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında - red.) ilə bağlı konkret təklif vermişik. Azərbaycanın müsbət cavabını gözləyirik, bundan sonra əldə olunan razılaşma kağız üzərində yazılacaq və biz dəmir yolunun bizim tərəfimizə düşən hissəsinin tikintisinə başlayacağıq”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bölgədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı açıqlama verərək, bununla bağlı Ermənistana qəti mövqeyini çatdırıb. “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - prezident vurğulayıb.
Siyasi şərhçi Sona Əliyeva da “Sherg.az”a açıqlamasında deyib ki, son dörd il ərzində sülh prosesini hər zaman yubadan, irəliləyiş olduğu zamanlarda da müəyyən əmmalar çıxaran tərəf məhz Ermənistandır:

“Daha dəqiq desək, Nikol Paşinyan hökumətidir. Nikolun Arazdəyən-Sədərək-Ordubad-Mehri-Zəngilan marşrutu daha uzundur. Rəsmi Bakı sovet dönəmində olan daha qısa marşrutun seçilməsindən yanadır. Güman edirəm ki, bunu İrəvanda da yaxşı başa düşürlər və Ermənistanın bu addımı prosesin yubadılmasına hesablanıb. Azərbaycan prezidenti haqlı olaraq dəfələrlə bəyan edir ki, bölgədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı bütün açıqlamalarında Ermənistana qəti mövqeyini çatdırıb ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Rəsmi Bakı gücünə və iradəsinə bələddir. Ölkə başçısı İlham Əliyev jurnalisatlərə müsahibəsində Ermənistana xəbərdarlıq etdi. Azərbaycan Prezidenti bildirdi ki, İrəvanın Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan Əsəd rejimi tarixin zibilliyinə göndərildi və bu davam edəcək. İlham Əliyevin "bu davam edəcək" mesajı o deməkdir ki, Ermənistanın digər müttəfiqlərini də eyni aqibət gözləyir. Söhbət İran, Rusiya və digərlərindən gedir. son dörd ildə Ermənistana siyasi dayəlik edən Birləşmiş Ştatlardakı Co Bayden administrasiyası cəmi 2 həftə sonra hakimiyyəti Donald Trampa təhvil verir. Deməli, Nikol Vovayeviç Qərbdəki ən yaxın tərəfdaşlarından birini itirir. Geriyə Hindistanı saymasaq İran və Rusiya qalır. Artıq Tramp hakimiyyəti İrana qarşı savaşın gerçəkləşəcəyi ilə bağlı mesajlar verir. Bu o deməkdir ki, Ermənistan Əsəd və Baydendən sonra növbəti arxa-dayağını - molla rejimini də itirəcək”.
Sona xanım hesab edir ki, Ukrayna müharibəsi fonunda Rusiya daxilində müəyyən çaxnaşmaların baş verməsi ehtimalı da az deyil:
“ Moskvada klanlararası savaş, iqtisadi çöküş Rusiyanı bir qədər öz daxilinə çəkəcək. Prezident də Zəngəzur dəhlizinin açılması fonunda Ermənistana bu mesajı ötürürdü. Ona görə də əminliklə "bu dəhliz açılacaq" fikrini səsləndirirdi. Düşünürəm ki, hadisələrin indiki axarı bütün istiqamətlərdə Bakının xeyrinədir. Azərbaycan müstəqil xarici siyasət yürüdür və Ermənistandan fərqli olaraq hər hansı bir dövlət qarşısında da öhdəliyi yoxdur. Ona görə də "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır. Ermənistan isə öz havadarlarının ağzına baxır ki, görsünlər yeni yubatma təlimatları nə qədərdir. Prosesi süni şəkildə yubatmaq isə İrəvana baha başa gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin iclası başlayıb
11:06 23.10.2026
Gündəm
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
11:01 23.10.2026
İqtisadiyyat
Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb
10:57 23.10.2026
İqtisadiyyat
Azərbaycan UEFA reytinqində yerini qorudu
10:42 23.10.2026
Futbol
Robert Köçəryanın oğlunun həbs müddəti uzadıldı
10:31 23.10.2026
Region
Narkotiklərlə əlaqəli 13 fakt, silahla bağlı 6 fakt müəyyən edilib
10:12 23.10.2026
Hadisə
Yaponiyada Ukraynaya məxsus təyyarə eniş zamanı alışıb
09:35 23.10.2026
Hadisə
Ermənistan noyabrın 11-də KTMT-dən çıxarıla bilər
09:17 23.10.2026
Region
“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”
09:09 23.10.2026
Dünya
Firuzə İbadovanın xəstəliyi açıqlandı
09:03 23.10.2026
Cəmiyyət
Bakının bu yollarında sıxlıq var - SİYAHI
09:00 23.10.2026
İnfrastruktur
Kıvançın motosiklet həvəsi
08:48 23.10.2026
Şou
ABŞ-də Trampı təhdid edən qadın saxlanılıb
08:07 23.10.2026
Dünya
Sibel Canın sevgilisi həbs edildi!
06:00 23.10.2026
Şou
Tibo Kurtua azarkeşdən 16 il əvvəlki formasını satın aldı
05:25 23.10.2026
Futbol
Görmə qabiliyyətimizi məhv edən 3 vərdiş...
04:50 23.10.2026
Sağlamlıq