TÜRKPA və TBMM müşahidə missiyaları Azərbaycanda prezident seçkilərini yüksək qiymətləndirib
TÜRKPA və TBMM müşahidə missiyaları Azərbaycanda prezident seçkilərini yüksək qiymətləndirib
12:14 08.02.2024
Siyasət
386
Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətləri ilə görüşlər keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Sahibə Qafarova bu seçkilərin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu deyərək dost və qardaş türkiyəli millət vəkillərinin prosesi müşahidə etməklərindən məmnunluğunu bildirib.
Spiker qeyd edib ki, bu seçkilərlə xalqımız öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin gələcək inkişafı naminə səs verib. İlk dəfə olaraq, hər hansı bir seçki Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. Ona görə də bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar.
Milli Məclisin sədri görüşlərdə vurğulayıb ki, bütün müşahidəçilərin də mövqeyi bu yöndədir ki, prezident seçkiləri demokratik, qabaqcıl norma və prinsiplərə uyğun, şəffaf şəkildə keçirilib. Seçkilərdə vətəndaşların öz iradələrini ifadə etməsi üçün hər cür şərait yaradılıb və xalqımız yüksək fəallıq nümayiş etdirib.
Türkiyə Böyük Millət Məclisinin müşahidə missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, qardaş Azərbaycanda prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazilərində keçirilir. Bu, Türkiyə, həmçinin Türk dünyası üçün böyük hadisədir. Azərbaycanın uğurları qardaş ölkə olaraq, Türkiyəni, ümumiyyətlə, bütün Türk dünyasını sevindirir.
Şamil Ayrım həmkarları ilə birlikdə çoxsaylı seçki məntəqələrində prosesi izlədiklərini bildirərək, qeyd edib ki, onların müşahidələri seçkilərin çox şəffaf şəkildə keçirildiyini deməyə əsas verir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları çox sərbəst və fəal şəkildə səs veriblər və hər kəsin istədiyi namizədə səs verməsi üçün əlverişli şərait yaradılıb.
TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten isə onların təmsil olunduğu müşahidə missiyasının üzvlərinin həm Şuşada, həm də Xankəndidə də səsvermə prosesini müşahidə etdiklərini bildirərək, bunun tarixi əhəmiyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, müşahidə apardıqları bütün məntəqələrdə hər şey qanuna uyğun, şəffaf təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət
Zənginləşdirilmiş uran ya dərhal ABŞ-a veriləcək, ya da… - Tramp
10:57 26.05.2026
Dünya