Tehran yalnız ilkin şərtlər olmadan ABŞ ilə danışıqlara razılaşacaq
17:43 14.07.2025
Siyasət
308
Vaşinqton islam respublikası ərazisində uranın zənginləşdirilməsindən imtina şərtini saxlayarsa, İran ABŞ ilə danışıqlara razılaşmayacaq,
"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə İranın ali lideri tərəfindən beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti bildirib.
"Onlar deyirlər ki, İran zənginləşdirməni dayandırmalıdır, halbuki bu, bizim qırmızı xətlərimizdən biridir və əgər danışıqlar zənginləşdirmənin dayandırılması şərti ilə aparılacaqsa, belə danışıqlar qətiyyən baş tutmayacaq", - deyə Vəlayəti deyib.
İyulun 12-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə qarşılıqlı fəaliyyəti dayandırmır, lakin bu, başqa forma alacaq. Onun sözlərinə görə, indi agentliyin sorğuları İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən fərdi qaydada nəzərdən keçiriləcək. O cümlədən, təhlükəsizlik məsələləri də nəzərə alınacaq.
İyulun 2-də ölkə prezidenti Məsud Pezeşkian BAEA ilə əməkdaşlığın dayandırılması haqqında fərman imzalamışdı. Parlament sədrinin müavini Həmid-Rza Hacı Babainin izah etdiyi kimi, qərar məxfi məlumatların sızması ilə əlaqədar olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya