
Aydınxan Əbilov: Uşaq dilənçiliyi ilə bağlı vəziyyət son dövrlərdə daha da kəskinləşib
08:31 13.05.2025
Sosial
601
Hər bir ölkədə insanların yaxşı yaşaması, xüsusilə uşaqların qorunması və hüquqlarının təmin olunması çox vacibdir. Cəmiyyətin sağlam inkişafı üçün uşaqların təhsilə, təhlükəsizliyə və normal həyat şəraitinə çıxışı olmalıdır. Təəssüf ki, bəzi hallarda uşaqlar çətin vəziyyətlərə düşür, istismara məruz qalır və hətta küçələrdə dilənməyə məcbur edilirlər. Bu cür hallar həm cəmiyyət, həm də dövlət üçün ciddi narahatlıq doğurur. Belə problemlərin qarşısını almaq üçün qanunlar işləməli, həm də bütün aidiyyəti qurumlar üzərinə düşən vəzifələri yerinə yetirməlidirlər.
Yazıçı, kulturoloq, analitik ekspert Aydın Xan Əbilov Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:

"Azərbaycanın dövlət büdcəsi planlaşdırılarkən və daha sonra Milli Məclis tərəfindən qəbul edilərək ölkə başçısı tərəfindən təsdiqlənəndə ən vacib məqam onun sosial yönümlü olması idi. Hökumətin müxtəlif fəaliyyətlərini tənqid etsək də, ümumi mənzərədə Azərbaycan dövləti sosialyönümlü, vətəndaşlara ünvanlanmış büdcə ilə ili başa vurur və ya qarşılayır. Bu baxımdan, son 20-30 ildə ölkəmizdə ifrat yoxsulluğun azalması müşahidə olunur. Burada söhbət, xüsusilə digər ölkələrdə rast gəlinən dərin sosial problemlərlə müqayisədə, Azərbaycanda olan nisbətən stabillikdən gedir.
Eyni zamanda, işsizliklə mübarizə məqsədilə həyata keçirilən dövlət proqramları, tikinti sektorundakı inkişaf və yeni müəssisələrin açılması, Qarabağda aparılan yenidənqurma prosesi işçi qüvvəsinə tələbatı artırıb. Bu isə öz növbəsində işçi qüvvəsinin xaricə axınının azalmasına səbəb olub və bəzi bölgələrdə, o cümlədən paytaxtda yeni işçilərə ehtiyac yaranıb. Bunun nəticəsində dilənçilik və küçədə pul dilənən şəxslərin sayı əvvəlki illərlə müqayisədə azalıb. Artıq şəhər mərkəzində, eləcə də rayonlarda bu halın xeyli səngidiyini müşahidə edirdik".
Ekspert son illərdə bu müsbət tendensiyadan sui-istifadə hallarının da artdığını söyləyib:
"Ənənəvi dilənçiliklə məşğul olan şəxslərlə yanaşı, bəzi işbazlar və fırıldaqçılar da uşaqların səmimiyyətindən istifadə edərək onları məcburi əməyə və dilənçiliyə cəlb edirlər. Bu isə artıq fərdi hallar deyil, kütləvi bir mənfi sosial hərəkata çevrilməkdədir. Uşaqların və yeniyetmələrin dilənçiliyə cəlb olunması isə xüsusilə narahatedici haldır.
Hüquq-mühafizə orqanları və əlaqədar dövlət qurumları vaxtaşırı reydlər keçirərək bu şəxsləri saxlayırlar. Lakin mövcud qanunvericilik bu şəxslərin ciddi cəzalandırılmasına imkan vermir. Adətən inzibati cəza-pul cəriməsi və ya 10 günlük həbs tətbiq edilir. Nəticədə isə eyni şəxslər təkrar-təkrar bu fəaliyyətə qayıdır. Çünki sistematik şəkildə təşkil olunan bu şəbəkələrə yeni insanlar qoşulur. Uşaq dilənçiliyi ilə bağlı vəziyyət son dövrlərdə daha da kəskinləşib. İctimai nəzarət və hüquq-mühafizə tədbirləri bu istiqamətdə daha güclü şəkildə təşkil olunmalıdır. Xüsusilə, müşahidə kameralarının geniş tətbiq edildiyi dövrdə bu şəxslərin haradan və necə fəaliyyət göstərdiklərini müəyyən etmək mümkündür. Lakin buna baxmayaraq, 20 Yanvar, Neftçilər metrostansiyaları və digər insanların sıx toplaşdığı ərazilərdə uşaq və yeniyetmələrin dilənçiliyə cəlb olunması davam edir. Onlar həm də yol kənarlarında dilənməklə, nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar.
Yeni növ dilənçilik formaları da yayılmaqdadır. Məsələn, salfet satan görüntüsü ilə pul istəyən şəxslər, avtomobil şüşəsini silərək pul dilənənlər, hətta son vaxtlar özlərini maşının altına ataraq guya vurulduqlarını iddia edib sürücülərdən pul tələb edənlər belə peyda olub. Bu halların ifşası ilə bağlı hüquq-mühafizə orqanları artıq müəyyən videomateriallar yayımlayıblar".
Müsahibimiz uşaqlar və yeniyetmələrin hüquqlarının müdafiəsinə dair vahid dövlət proqramının hazırlanmasına ehtiyac olduğunu qeyd edib:
"Bu proqramda uşaqların sağlamlığı, təhlükəsizliyi, hüquqlarının qorunması, həmçinin zərərli vərdişlərdən və qeyri-qanuni fəaliyyətlərdən qorunması prioritet olmalıdır. Qazlı içkilər, enerji içkiləri, tütün məmulatları, qəlyan və elektron siqaretlərin məktəb ətrafında satışının qadağan edilməsi ilə bağlı mövcud hüquqi aktlar vahid normativ sənəddə birləşdirilməlidir.
Uşaqları dilənçiliyə vadar edən valideynlər və ya cinayətkar şəbəkə üzvləri ciddi məsuliyyətə cəlb olunmalı, bu şəxslər ifşa edilməli və qanunvericiliyə uyğun olaraq layiqli şəkildə cəzalandırılmalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm