Azad edilmiş ərazilərə köç edənlərdən 1138 nəfərin məşğulluğu təmin edilib
Azad edilmiş ərazilərə köç edənlərdən 1138 nəfərin məşğulluğu təmin edilib
09:29 09.01.2024
Sosial
346
627 min keçmiş məcburi köçkünün (167.773 ailə) FİN əsaslı siyahısı alınıb, təhlili aparılıb.
Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli brifinqdə bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərə köçürülməsi nəzərdə tutulan 129,3 min nəfər şəxsin adlı siyahısı üzrə təhlillər aparılıb. Onlardan 94,4 min nəfəri (73%) əmək qabiliyyətli; 94,4 min şəxsin 18,1 min nəfəri (19,2%) peşəsi (ixtisası) olan şəxslərdir; 76,3 min nəfər ixtisassızdır (80,8%).
Qeyd edilib ki, artıq köç etmiş şəxslərdən 1138 nəfərin məşğulluğu təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqələr qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsinə dəstək göstərilib, 2 işəgötürənin əməkdaşlarının əməkhaqları birgə maliyyələşdirilib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqələr qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsi istiqamətində dəstək göstərilib, 2 işəgötürənin əməkdaşlarının əməkhaqqıları birgə maliyyələşdirilib. İşğaldan azad olunmuş ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına başlanılıb. Proqram çərçivəsində peşə hazırlığının təşkili üzrə yol xəritəsi hazırlanıb.
Həmçinin qeyd edilib ki, postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 20 596 şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 10 354 şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks