2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 10 milyard 690,6 milyon ədət siqaret istehsal edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% çoxdur.
Avqustun 1-nə ölkədə 1 milyard 432,2 milyon hazır məhsul ehtiyatı olub ki, bu da illik müqayisədə 66,3% çoxdur.