Azərbaycanlı şagird dünya gəncləri arasında seçildi -FOTO
Yusif Nəzərli
16:50 12.04.2025
Sosial
483
Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi İbrahim Məmmədov BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahında keçirilən “Change the World Model United Nations New York 2025”də ölkəmizi təmsil edib.
Sherg.az xəbər verir ki, İbrahim Məmmədov 194 ölkədən bir araya gələn 7000 gənc arasında “Honourable Mention” mükafatına layiq görülüb. “Change the World Model United Nations (CWMUN)” hər il dünyanın hər yerindən beynəlxalq siyasi gündəmdəki əsas məsələləri müzakirə etməyə can atan 10 mindən çox gəncin iştirak etdiyi beynəlxalq proqramdır.
CWMUN hazırda Nyu-York, Abu Dabi, Dubay, Paris, Sinqapur və Roma kimi şəhərlərdə keçirilən, planetin ən böyük beynəlxalq gənclər forumu kimi tanınır. Proqram dünyanı dəyişdirmək, böyümək, fərqli düşünənlərlə əlaqə qurmağı öyrənmək, qlobal vətəndaş olmaq fürsəti yaradan və özünü təkmilləşdirmək istəyən gənclər üçün nəzərdə tutulub.
CWMUN tələbələrin, siyasi liderlərin, idman çempionlarının və geosiyasət üzrə ekspertlərin gələcəyi, əməkdaşlığı və davamlılığı müzakirə etmək üçün bir araya gəldiyi unikal tədbirdir.
Konfransa qatılan azərbaycanlı iştirakçılar müxtəlif ölkə və təşkilatları təmsil edərək müzakirə bacarıqlarını nümayiş etdiriblər. Bunun üçün iştirakçılar geniş tədqiqat aparmaq bacarığına, sosial ədalət, insan haqları, ekoloji problemlər, səhiyyə və digər məsələlərlə bağlı müzakirələr aparacaq intellektual səviyyəyə malik olmalıdırlar.
Qeyd edək ki, CWMUN 2025 beynəlxalq proqramında 194 ölkə arasında ən yaxşılara verilən 10 mükafatdan ikisini Azərbaycan komandası qazanıb. Bu layihə çərçivəsində şagirdlərimiz Amerikanın Nyu-York şəhəri ilə yanaşı, Los Anceles və Las Veqas kimi şəhərlərində də olublar və “Bahai” Beynəlxalq Birliyinə (Bahai International Community) dəvət ediliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm