Bakıda sürət həddinin endiriləcəyi küçələr açıqlanıb
Yusif Nəzərli
06:17 08.01.2024
Sosial
422
2040-cı ilə qədər sürət həddi 30 km/saat müəyyən edilən küçələrin uzunluğu təqribən 4,1 km artaraq ümumilikdə 11,5 km-ə çatacaq.
“APA-Economics” xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, 2040-cı il üçün piyada yolları şəbəkəsi Bakı Mərkəzi Planlaşdırma Rayonunun şimal hissəsindəki dar (yaşayış) küçələrin avtomobil nəqliyyatından azad sakit ərazilərə çevriləcək.
Arterial küçələr kimi təsnif olunmayan küçələrdə sürət həddinin 30 km/saat müəyyən edilməsi nəzərdə tutulur.
Bu ərazilər giriş-çıxış üçün üstünlük verilən əlaqələndirmə funksiyası daşımayan küçələrdə (Hüseyn Rəsulbəyov küçəsi və s.), avtomobil nəqliyyatından azad sakit ərazilər ətrafında sərhədləyici rol oynayan küçələrdə (Bəşir Səfəroğlu, Murtuza Muxtarov küçələri və s.); arterial küçələr arasında ayırıcı rolu oynayan küçələrdə (Xəqani küçəsi (şərq hissəsi), Fikrət Əmirov küçəsi, Kövkəb Səfərəliyeva küçəsi və s.) olacaq.
Arterial küçələrin digər hissələrində sistem təkmilləşdirmələrinin nəzərdə tutulub. (yol ayrıclarında piyada keçid imkanlarının tamamlanması və əlavə keçidlərin təmin edilməsi).
Texniki imkan və xərclərin məqbulluğu baxımından mümkün olduqda mövcud yerüstü və yeraltı piyada keçidlərində yenidənqurma işləri apararaq eskalatorların quraşdırılması və digər əlavə təkmilləşdirmələrinin təmin ediləcək.
Ümumilikdə 2027-ci ildən 2040-cı ilə qədər küçələrin en kəsiklərinin dəyişdirilməsi nəticəsində əlavə piyada zolaqlarının uzunluğu təqribən 14,1 km artaraq ümumilikdə 20,0 km avtomobil nəqliyyatından azad sakit küçələrə çatdırılacaqdır (əlavə olaraq 0,6 km piyada zolağı). 2040-cı ildə dəyişdirilmiş küçə en kəsiklərinin tutduğu sahə təqribən 209000 m² (9000 m² piyada zonası və 200000 m² avtomobil nəqliyyatından azad sakit küçələr) təşkil edəcəkdir.
Müvafiq ərazi üzrə piyada keçidlərin sayı artırılaraq 178-dən 2040-cı ilin sonunadək 192-yə çatdırılacaq, keçidlər arası orta məsafə 172 m-dən 159 m-ə qədər azalacaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə