Bakının statusu: Paytaxtı köçürmək məsələsi müzakirə predmeti ola bilər?
Yusif Nəzərli
07:02 09.01.2024
Sosial
391
“Tutaq ki, Şıxovdan Əhmədli istiqamətinə bir körpü salındı, nə dəyişəcək ki? Bu yol da digər istiqamətlərdə salınan körpülər kimi yüklənəcək”
Bakı şəhərinin izahlı Baş planı təqdim olunub. Planda paytaxtımızda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb.
Baş plana əsasən, paytaxtda nəqliyyat sıxlığını azaltmaq məqsədilə mərkəzdən kənarlarda "Universitet şəhərciyi” - Yeni bilik-biznes rayonu yaradılacaq.
“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində tıxacın qarşısının alınması məqsədilə paytaxtın 2-ci şimal-qərb yeni giriş-çıxış yolu yaradılacaq. Eyni zamanda Mərdəkanın geniş ictimai nəqliyyat yönümlü şəhərsalma mərkəzinə çevrilməsi planlaşdırılır.
Xarici dairəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini, Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni dairəvi yollar yaradılacaq.
Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq. Bakı Metropoliteninin stansiyalarının sayı 47-yə çatdırılacaq. O cümlədən Xırdalana metro xəttinin çəkilməsi nəzərdə tutulur.
Göründüyü kimi, Bakının Baş Planında dəniz nəqliyyatı ilə bağlı heç bir maddə yoxdur. Nə də dənizin üstündən körpü və yaxud altı ilə yol nəzərdə tutulub. Halbuki bu məsələ son illər paytaxtdakı tıxac probleminin həlli üçün təklif olunan alternativ variantlardan biri idi.
Görəsən, Bakının Baş Planında dəniz nəqliyyatı və ya dəniz üstü körpü ilə bağlı layihələrin icrası niyə nəzərdə tutulmayıb? Azərbaycanda dəniz nəqliyyatı yaratmaq üçün şərait yoxdur, ya buna ehtiyac görməyiblər?
Nəqliyyat məsələləri üzrə ekspert, sosioloq İlqar Hüseynli isə “Sherg.az"a açıqlamasında bildirib ki, paytaxtın tıxac problemini nə Bakının Baş Planı, nə də dəniz üzərindən çəkilən körpü həll edə bilər:
“Biz illərdir ki, paytaxtdakı tıxac problemindən danışırıq, müzakirələr aparılır, rəylər, təkliflər səslənir, müxtəlif proqramlar, layihələr icra olunur, amma bu problem həllini tapmır.
Bakı şəhəri nəqliyyatla o qədər yüklənib ki, hazırkı status-kvo 2040-cı illərə qədər davam etsə belə, yollardakı sıxlığı aradan qaldırmaq mümkün olmayacaq.
Bakını yenidən söküb-tikmək imkanımız da yoxdur. Urbanizasiya o qədər qeyri-mütənasib formada gedib, Bakı şəhəri və ətraf rayonları o qədər yüklənib ki, daha az insan, avtomobil, yaşayış binaları üçün nəzərdə tutulan ərazilər bu yükün ağırlığına tab gətirə bilmir”.
İ.Hüseynli hesab edir ki, dəniz nəqliyyatı çox sərfəli, ekoloji cəhətdən də faydalıdır. Bizdə də bunu təşkil etmək olar, lap elə Türkiyə təcrübəsindən istifadə etməklə:
“Lakin nə dəniz nəqliyyatı, nə də Xəzər dənizinin üstündə tikilən körpü yollardakı tıxac probleminin həllində əhəmiyyətli rol oynamayacaq. Əvvəla, bu, kifayət qədər maddi vəsait tələb edən bir layihə olduğu üçün indiki reallıqda inandırıcı görünmür. Dövləd büdcəsi işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq layihələrinin icrasına kökləndiyi üçün dənizdə böyük layihələrin icrasına imkanımız çatmaz. Lap tutaq ki, Şıxovdan Əhmədli istiqamətinə bir körpü salındı, nə dəyişəcək ki? Bu yol da digər istiqamətlərdə salınan körpülər kimi yüklənəcək. Hesab edirəm ki, tıxac məsələsini həll etmək üçün Bakının statusuna yenidən baxılmalıdır. Paytaxtı köçürmək məsələsi müzakirə predmeti ola bilər. Ya da universitetlərin, dövlət qurumlarının Bakıdan regionlara köçürülməsi istiqamətində düşünmək, regionlarda iş yerlərinin yaradılmasına, investisiya axınını bölgələrə istiqamətləndirmək lazımdır. Əks təqdirdə Xəzərin üzərindən yox, lap havadan belə nəqliyyat yolu çəksək, sıxlıq azalan deyil. Ən azı indiki reallıqda dəniz üzərindən körpü salınmasına pul xərcləməyə dəyməz. Körpü, tunel, bunlar elə bir nəqliyyat kommunikasiyalardır ki, tikməklə bitmir. Bunu saxlamaq tikməkdən də baha başa gəlir. Xüsusilə də dəniz üzərində olan kommunikasiyalar daha çox vəsait tələb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks