
Bayramlarda kasıbları düşünmək mənəvi məsələdir -Deputat
Yusif Nəzərli
00:01 12.03.2025
Sosial
501
Novruz bayramı ərəfəsində bir sıra məhsulların qiymətləri daha da artacaq
Əli Məsimli: “Əksər ölkələrdə daha çox qazanmaq üçün qiyməti artırıb dövriyyədə itirmək yolundan yox, qiyməti aşağı salıb dövriyyədən qazanmaq yolunu seçirlər”
"Bayramlarda aztəminatlı təbəqəni düşünmək təkcə ticari yox, həm də mənəvi məsələdir. Qiymət artımından yox, dövriyyədən daha çox qazanmaq olar. Bu üsulla həm malsatanlar əlavə gəlir götürmək, həm də qiymət münasib olanda əhalinin aztəminatlı təbəqənin çox hissəsi bayram süfrəsi açmaq imkanı əldə edirlər".
Bu barədə "Sherg.az"a millət vəkili, iqtisadçı Əli Məsimli deyib.
Deputat bildirib ki, əksər ölkələrdə daha çox qazanmaq üçün qiyməti artırıb dövriyyədə itirmək yolundan yox, qiyməti aşağı salıb dövriyyədən qazanmaq yolunu seçirlər:

"Bəlkə, qiymətləri davamlı olaraq qaldıranlar, heç olmasa, bayramdan-bayrama bu barədə də düşünərlər. Bu ilin əvvəllərindən havaların qarlı-şaxtalı keçməsi yeni il qabağı qiymət artımlarının üstünə əlavə qiymət artımları da gətirdi. Bir sıra mal, məhsul və xidmətlərin qiymətlərində artım davam etdi və həm də qiymətlər nəzərə çarpacaq dərəcədə artdı. Əgər rəsmi statistika 2024-cü ildə inflyasiyanın 2,2 faiz olduğunu göstərirdisə, 2025-ci ilin yanvar ayı 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz olduğu bildirilir. Bu artımın nisbətini göstərməkdən ötrü əlavə məlumat üçün qeyd edək ki, rəsmi statistikaya görə, 2024-cü ilin yanvar ayı 2023-sü ilin yanvar ayına nisbətən inflyasiya 1,7 faiz səviyyəsində müəyyən edilib. Ərzaq məhsullarının qiymətlərində 5 faiz artım göstərilsə də, əslində, gündəlik tələbat mal və məhsullarının qiymətləri daha sürətlə artmaqda davam edir. Belə yüksək qiymətlər hələ bir müddət, yəqin ki, mövsümü amillərin qiymət artımına əks təsiri başlayana qədər davam edəcək. Bundan əlavə Novruz bayramı ərəfəsində bir sıra məhsulların qiymətləri daha da artacaq. Bu, əhalinin aztəminatlı təbəqəsi üçün əlavə xərclər yaradacaq və onların bayram süfrəsi açmağı imkanlarını məhdudlaşdıracaq".
Parlament üzvü bildirib ki, bir sıra ölkələrdə bayramlar ərəfəsində qiymətlər xeyli aşağı salınır:
"Bizdə isə bayram ərəfələrində qiymətlər bir qayda olaraq daha da qaldırılır. İstisna kimi bir sıra mallara bayram endirimləri edilir. Məsələn, Bakıda "Kənddən şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayıb. Fermerlər öz məhsullarını özləri birbaşa satışa çıxarırlar ki, bu da qiymətin müəyyən qədər aşağı olmasına şərait yaradır. Amma bu, bir sıra ölkələrdə olduğu kimi kütləvi xarakter daşımır. Endirimlər əsas tələbat mal və məhsullarını əhatə etmir. Dükan-bazarların çoxunda belə endirimlərin xeyli hissəsi alıcını çaşdırmaq və aldatmaq məqsədi, manipulyasiya xarakteri daşıyır. Qiyməti ən çoxu 15-20 manat olan malın qiyməti əvvəlcə süni surətdə 50 manat elan edilir, sonra 30-40 faiz “şok endirim” reklamı ilə 15-20 manat əvəzinə 35-40 manata təklif edirlər. Əziz bayramımız - Novruza günlər qalır. Təklif edirik ki, bir sıra ölkələrdə olduğu kimi bizdə də bayram ərəfələrində qiymətlərin aşağı salınması ənənəsini yaratmaq istiqamətində addımlar atılsın. Qiyməti aşağı salıb, dövriyyəni genişləndirməklə qiymət artımı hesabına qazandığından daha çox qazana bilər. Yəni malsatan qiymət endirimindən ziyana düşmür, əksinə, əlavə qazanc əldə edir. Eyni zamanda qiymət aztəminatlı təbəqənin ödəmə qabiliyyətinə münasib olanda əhalinin aztəminatlı təbəqəsinin çox hissəsi bayram süfrəsi açmaq imkanı əldə edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya