Ceyran Əzizova: “Evimizdə şəhid həyat yoldaşımın ruhuna çay ehsan edəcəm”
Yusif Nəzərli
08:13 02.01.2024
Sosial
642
“O evin çırağını yandırıb “biz gəldik”, demək dünyalara dəyər”
Ölkə başçısının Yeni il axşamı xalqa müraciətində verdiyi mesajlar hər kəsin ürəyini qürurlandırdı. Necə ki 44 günlük Vətən müharibəsinin hər anını fəxrlə aşayırdıq, müharibədən sonrakı mərhələdə də, işğaldan azad edilmiş urd yerlərimiz bir-bir bərpa edildikcə, Qaabağımız doğma nəfəslərlə isindikcə, doğmalarını qarşıladıqca sevinirdik, Xankədində üçrəngli bayrağımız dalğalandıqda da eyni qürur hissinin gətirdiyi sevincə büründük, eləcə də yen il axşamı cənab Prezidentin “2024-cü ildə Malıbəyli, Quşçular, Kərkicahan, Xocalı, Xankəndi sakinləri evlrinə qayıdacaq” mesajı hər birimizi yenidən bəxtiyar etdi.
Qanlı-qadalı fevral gecəsində evini, ocağını tərk etməyə məcbur qalmış Xocalı sakini, həyat yoldaşı, bir çox yaxın qohumları Xocalıda şəhid olmuş Ceyran Əzizova da 32 il sonra doğma evinə qayıdacağı xəbərinin sevinci içindədir. Bu haqda Ceyran xanım “Sherg.az”a danışdı:
- Bu il Azərbaycanımızın tam, bütöv olaraq qeyd etdiyi ilk yeni ildir. Bu tarixi hadisəni yaşadığımız üçün fəxr edirəm. Xalqımızı bu münasibətlə təbrik edirəm. Ölkəmizin Prezidentinə bütövlüyün sevincini bizə yaşatdığı üçün təşəkkür edirəm. Cənab Prezidentin yeni il axşamı xalqımıza verdiyi mesaj, bir şəhid ailəsi, Xocalı faciəsinə şahid olmuş şəhid ailəsi kimi məni də çox məsud etd. Fəxr etdim ki belə bir hadisənin, yaşanacaq beə bir fərəhli günün şahidi olacağam. Cənab Pfezident Malıbəyli, Quşçular, Kərkcahan, Xocalı, Xankəndinə 2024-cü il ərzində ailələrin qayıdacağı mesajını verdi. Ölkə Prezidentinə bizim inamımız tamdır. Əminəm, Prezident dedisə, olacaq. İndiyədək onun dediyi sözlər, verdiyi vədlər təsdiqini tapıb. Bu da əminəm ki olacaq. Bilirik ki hazırda Xocalıda təmir-tikinti işləri gedir. Bizim evimiz, 32 il əvvəl qoyub çıxdığımız evimiz Xocalıda qalır. Orda da təmir işləri aparılıb. Bildiyim qədər bizim ailə ikinci mərhələdə köçürüləcək. Adımız siyahıdadı. Fəxr edirəm ki öz evimizə qayıdacağıq. 1992-ci ildə Xocalıdan 3 nəfərlə çıxmışdıq, 9 nəfərlə qayıdacağıq. Biz o evin çırağını yandırmağa gedirik. Şəhid həyat yoldaşımın ruhuna 1 stəkan çay ehsan etmək dünyalara dəyər. O evin işığını yandırıb, “biz gəldik...” demək dünyalara dəyər. Cənab Prezidentə, qəhrəman ordumuza, əsgərlərimizə, şəhidlərə, gözü yaşlı qalan qızlarımıza, könüllülərə, qazilərə təşəkkür edirəm ki bu günü bizə yaşatdılar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks