
Ekspert: "Məktəbli avtobusu" layihəsinin uğurlu alınmasını şübhə altına qoyan məsələlər mövcuddur
11:37 08.04.2025
Sosial
365
"Məktəbli avtobusu" layihəsinin qarşıdan gələn tədris ilində həyata keçirilməsi planlaşdırılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, "Məktəbli avtobusu" layihəsi ABŞ, Avstrya, Almaniya, İngiltərə, Fransa, Yaponiya, Türkiyə və bir çox digər ölkələrdə uğurla tətbiq edilir:

“Məktəb avtobuslarının həm şəhərlərdə, həm də qəsəbə və kəndlərdə tətbiq edilməsi təcrübəsi mövcuddur. Layihə öz-özlüyündə müsbət qiymətləndirilməlidir, amma onun səmərəli olub-olmaması üçün bir-çox analitik araşdırmalar aparmaq lazımdır. Məktəbli avtobuslarının konkret hansısa məktəbə təhkim edilməsi, yaxud da müəyyən marşurutlar üzrə hərəkət sxemləri məsələsi də öz effektiv həllini tapmalıdır. Layihənin ən müsbət tərəfi şagird təhlükəsizliyinin təmin edilməsidir. Məlumdur ki, hazırda ictimai nəqliyyatlarda pik saatlarda həddən artıq sıxlıq olur. Bu da uşaqların marşurutlara minməyində çətinlik yaradır. Hətta uşaqlar bullinqə məruz qala bilir. Bunun üçün də bəzən valideyinlər məcbur olub ya özləri də uşaqlarla birgə ictimai nəqliyyatda məktəbə gəlirlər, ya da şəxsi nəqliyyat vasitələri ilə uşaqlarını məktəbə gətirməyə üstünlük verirlər. Nıticədə nəqliyyat yollarının əlavə yüklənməsi və tıxaclar baş verir. Digər tərəfdən layihənin uğurlu alınmasını şübhə altına qoyan məsələlər də mövcuddur. Burada ən aktual məsələlərdən biri də nəqliyyatda gecikmələrin olmasıdır. Heç kimə sirr deyil ki, Bakıda avtobusların müəyyən olunmuş vaxt qrafikində işləməsi çətindir. Belə olduqda şagirdlərin də dərsə gecikmələrinin baş verməsindən qaçmaq olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya