Gözəllik salonlarında sterillik təmin edilməlidir - Professor
10:35 07.04.2025
Sosial
440
Tibbi prosedurların aparıldığı məkanda müvafiq avadanlıqlar olmalıdır
Plastik cərrahların ardından yoxlama növbəsi gözəllik salonlarına çatıb. İddialara görə, bəzi gözəllik salonları təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaradır. Xəzər TV-nin məlumatına görə, sosial şəbəkələrdə açıq elanlar paylaşılır, salonlarda müxtəlif dəri təmizləmə və pilinq, dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu, eyni zamanda, lazer epilyasiyası kimi kosmetoloji xidmətlər həyata keçirilir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, gözəllik salonları tibb müəssisələrindəki sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Keçirilən yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibbi fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir.
Professor Adil Qeybulla isə "Sherg.az"a açıqlamasında deyib ki, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdir. Mütəxəssisin sözlərinə görə, gözəllik salonları tibb müəssisələrində sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir:
"Tibbi prosedurların aparıldığı məkanda müvafiq avadanlıqlar olmalıdır. Sterillik təmin edilməlidir. Aseptika və antiseptika qaydalarına əməl olunmalıdır. Orada mütləq sterillik üçün xüsusi avadanlıq - autoklav olmalıdır.
Tibbi prosedur üçün istifadə olunan bütün avadanlıqlar ya birdəfəlik olmalıdır, ya da düzgün sterilizə olunmasına diqqət etmək lazımdır. Gözəllik salonlarında dəri üçün istifadə edilən dərmanların əks təsirinə, allergik və anafilaktik reaksiyalara qarşı tədbir görmək üçün , məsələn, anafilaktik şokun qarşısını almaq üçün lazımi tibbi ləvazimat və dərmanlar mövcud olmalıdır. Pasiyentlerin həyatına barmaqarası yanaşmaq olmaz. Bəzi salonlarında ər hansı bir prosedur zamanı baş verə biləcək fövqəladə hallar nəzərə alınmır. Lakin 100 xəstədən birində bu cür problem yaşana və ilkin tibbi yardım üçün lazım olan avadanlıqlar, tibbi bilik olmadığı üçün xəstə elə oradaca həyatını itirə bilər".
Ekspertiza Mərkəzi tərəfindən gözəllik salonlarında aparılan yoxlamaları məqsədəuyğun hesab edən professor qeyd edib ki, nəinki gözəllik salonlarında kosmetoloji prosedurlar tətbiq edilə bilməz, hətta kosmetoloji prosedurlarla məşğul olan şəxslərin dövlət tərəfindən verilmiş lisenziyası və müvafiq ixtisas üzrə baza rezidentura təhsili olmalıdır. Bu təhsil isə yalnız ali tibb məktəblərində verilir.
A.Qeybulla sonda bildirib ki, hansısa bir mərkəz tələblərə cavab vermirsə, orada kosmetoloji prosedurlarla məşğul olmaq qəti qadağandır. Professor ümumiyyətlə, dünyanın heç bir yerində gözəllik salonlarında tibbi prosedurlar həyata keçirilmədiyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya