
İctimai nəqliyyatda tələbələrə güzətlər tətbiq edilə bilər? - AÇIQLAMA
18:43 03.01.2024
Sosial
682
Sosial şəbəkələrdə tələbələrin ictimai nəqliyyatdan ödənişsiz istifadəsi müzakirə edilir. Qeyd olunur ki tələbə təqaüdləri aşağı olduğu üçün həm metro və avtobusdan pulsuz istifadə etməli, həm də onların təqaüdü qaldırılmalıdır.
Qeyd edək ki, ölkəmizdə tələbələrin ictimai nəqliyyatdan pulsuz istifadəsi məsələsi zaman-zaman gündəmə gəlsə də, bu istiqamətdə təqdirəlayiq bir addım atılmayıb.
Nəqliyyat eksperti İlqar Hüseynli
ictimai nəqliyyatda Avropa ölkələrində olduğu kimi bəzi güzəştlərin tətbiq olunması çox təqdirə layiq addım olar.

Ekspertin "Sherg.az"a açıqlamasına görə, bu məsələni həll etmək üçün o qədər də böyük məbləğ gərəkmir. Qardaş Türkiyədə də bu cür sosial təşəbbüslərin tətbiq edildiyini vurğulayan İ. Hüseynli deyib ki, hər bir tələbəyə nəqliyyatdan istifadə üçün güzəştli kartlar verilir: "Həmin güzəştli kartlarda ödənişlər digər sərnişinlərin ödəniş haqlarından dəfələrlə azlıq təşkil edir. Eyni zamanda orta məktəb şagirdlərinin əksəriyyəti güzəştli kartlardan istifadə edir, digər qismi isə ümumiyyətlə gedişhaqqından azaddır. Azərbaycanda isə 6 yaşına qədər olan uşaqların nəqliyyatdan istifadəsi pulsuzdur. Digər yaşda olan şagird və tələbələr isə tam gedişhaqqı ödəyir. Bir daha qeyd edirəm ki, bu məsələnin həlli üçün o qədər də böyük vəsaitlərə ehtiyac yoxdur. Ödənişli kartlar və yaxud ən azından tələbə olunan məbləğin 50 faizi təklif olunarsa, bu da bir variant ola bilər.
Nəzərə alaq ki, Bakıda öz evlərində yaşayan tələbələrlə yanaşı, regionlardan təhsil almaq üçün gələn tələbələr daha da çoxluq təşkil edir. Onların kirayə, qida, kommunal xərcləri var. Bu xərclərin üstünə də gedişhaqqının gəlməsi tələbələr və ailələri üçün bir çox çətinliklər yaradır".
Ekspertin sözlərinə görə, tələbəyə qoyulmuş kapital geri dönən kapitaldır. Biz ona bu gün 5 manat pul qoysaq , o sabah bizə 50 manat qazandıracaq. Tələbələrə güzəşt etməklə dövlət öz gələcəyinə sərmayə yatırmış olur: "Azərbaycanın kifayət qədər iqtisadi gücü var. Azərbaycan iqtisadi, sosial inkişafına görə dünyada lider ölkələrdən biridir. İctimai nəqliyyatdan pulsuz istifadə və ya güzəşt göstərilməsi dövlət büdcəsinə elə də ciddi təsir etməz. Azərbaycan dövlətinin gücü, iqtisadi gücümüz güzəştlərin tətbiq edilməsinə imkan verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm