Kamran Əsədov: Məktəblilərin velosipeddən istifadəsi stimullaşdırılmalıdır.
Yusif Sultanoğlu
12:22 02.01.2024
Sosial
566
"Binə qəsəbəsində yerləşən müasir dizaynlı məktəbin həyətində velosipedlər qoyulub. Yaxınlaşıb maraqlandım, məlum oldu ki, şagirdlərin əksəriyyəti burada dərsə velosiped ilə gəlir. Çox yaxşı ənənədir. Həm ekoloji, həm sağlamlıq həm də tıxac problemi həll olur".
Bu sözləri təhsil eksperti Kamran Əsədov sosial media hesabında qeyd edib. Ekspert əlavə olaraq təklif edib ki, bu ənənə bütün məktəblərdə tətbiq edilməlidir.
Mehman Quluzadə adlı istifadəçi də ekspertin təklifini dəstəkləyib:
"Bəli, çox ağıllı fikir olardı, Kamran müəllim. Təhsil Nazirliyi bu işi bütün məktəblərdə həyata keçirsə sağlam gənclik yetişdirə bilərik".
Xəlil Rzayev isə məsələyə fərqli konteksdən yanaşıb:
"Gərək onda valideynlər də özlərinə velosiped alsın. Maddi baxımdan bu sərfəli proses deyil. Hər evdən məktəbə 2-3 uşaq gedir, birini də valideynə alsalar, görün hara gedib çıxır.
Bizim vaxtımızda uşağı məktəbə ona görə valideyn aparardı ki, yolu tanıtdırsın, o da birinci sinifdə. İndi az qalır 9-cu sinif şagirdinin valideyni gətirə. Düzdür, gözəl fikirdir. Amma reallaşması mümkünsüzdür.
I səbəb, qız uşaqları istifadə edə bilməyəcək, geyimə görə. Qış aylarında isə Kənd yerində ağır paltolara görə istər qız, istər oğlan yenə istifadə edə bilməyəcək.
II səbəb, yol faktoru, yəni qəza olma ehtimalı nəzərə alınanda kimsə icazə verməz, yaxın olan, yol keçməyənlər bəlkə razı olalar, şəhər yerində də bu mümkün deyil.
Bizdə nə sürücü, nə piyada yol mədəniyyətinə tam malikdir deyil, 4 yol, perpendikulyar yolları bizim insanımızın əksəriyyəti diaqonal formada keçir".
Şəhərimizin infrastrukturu, şagirdlərin təhlükəsizliyi baxımından mövzu ilə bağlı fikirlərini "Sherg.az"a izah edən Kamran Əsədov deyib ki, Bakı şəhərində 320 ortaümumtəhsil məktəbində 487 min şagird təhsil alır. Bu isə o deməkdir ki, paytaxtdakı nəqliyyat sıxlığında orta məktəblərin payı böyükdür. Üstəlik bu məktəblərdə 28 minə yaxın da müəllim çalışır:
"Hər gün ortaümumtəhsil məktəblərinə doğru və oradan geriyə hərəkət edən insanların say kütləsi 500 000 -ə çatır. Hələ ibtidai siniflərin də məktəblərə valideynləri ilə gedib gəldiyini nəzərə alsaq, tıxacların niyə bu qədər çox olmasının səbəbi bəlli olar.
Bundan əlavə şagirdlərimizin fiziki sağlamlıqla bağlı da müəyyən problemləri var. Dərs proqramları da hədsiz ağır olduğu üçün uşaqlar bütün gün oturaq həyat tərzi keçirirlər. Ciddi şəkildə artıq çəkidən əziyyət çəkən şagirdlər var. Şagirdlər arasında görmə qüsurlu inkişafdan geri qalma halları da kifayət qədər çoxalıb. Skolioz xəstəliyindən əziyyət çəkən uşaqların sayında da ildən-ilə artım müşahidə edilir.
Bu tipli halların qarşısının alınması və sayının azalması üçün şagirdlərin fiziki hərəkətdə olması labüddür. Odur ki, şagirdlərin sağlamlığının təşkili, həmçinin də qeyd etdiyim kimi şəhərin nəqliyyat yükünün azalması üçün məktəblilərin velosipeddən istifadəsi stimullaşdırılmalıdır.
Bunun üçün də şagirdlərin məktəblərə doğru hərəkəti istiqamətində təhlükəsiz velosiped zolaqları çəkilməlidir. Bakının mərkəzi küçələrində bu cür zolaqlar artıq çəkilib. Bakıətrafı kəndlərdə nəqliyyatın hərəkəti üçün də yaxşı şərait var. Monitorinq apardığımız Mərdəkan, Buzovna yolu ətrafında velosiped zolaqları çəkilib. Yerdə qalan küçə və prospektlərdə də bu cür imkanlar yaradılmalıdır. Bundan əlavə, hər məktəbin həyətində velosipeddən istifadə edə bilən şagirdlər üçün xüsusi nömrələnmiş və qoruyucu velosiped saxlama yerləri olmalıdır.
Binə qəsəbəsində yerləşən 292 saylı məktəbin həyətində məhz bu cür şərait var idi.
Mən belə bir mənzərənin Qax rayonunda da şahidi olmuşdum".
Ekspert hesab edir ki, nəqliyyat yollarında təhlükəsiz velosiped zolaqları təşkil edilsə və satış mərkəzləri şagirdlər və valideynlər üçün güzəştli şərtlərlə velosiped satsalar bu prosesi reallaşdırmaq olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks