Əkrəm Həsənov: “Mərkəzi Bank tariflərə qarışa bilmir, dəyişiklik üçün qanun lazımdır”
Kartdan karta köçürmələr zamanı bankların komissiya haqqı tutması və tutulan komissiyanın da köçürmənin məbləğinə görə dəyişməsi vətəndaşları narahat edir. Məsələn, sosial şəbəkədə belə qeydlərə rast gəlinir ki, Azərbaycanda pul köçürmələri servis haqqı, köçürdüyün pulun məbləğindən asılıdır. Nyə? Dünyada, SWIFT sistemində belə bir şey yoxdur.
Bir məbləğ var, məsələn 25 usd və bütün köçürmələrə, məbləğindən asılı olmayaraq şamil olur. Bizim banklar isə köçürülən pula "şərik çıxırlar". Şimal qonşumuz Rusiyada bu sistem fərqli çalışır. Rusiyada SPB sistemi belədir ki, fiziki şəxslər bir nömrəyə bağlı olan müxtəlif bank hesablarından digər bank kartına 30 milyon rubla (675.000 azn) kimi komissiyasız köçürdə bilirlər. Digər yad şəxsləri isə aylıq 100 min rubl (2200 azn) komissiyasız köçürə bilirlər. Bizdə isə tam bir xaosdur bu barədə və bu biabırçılığa Mərkəzi Bank əl gəzdirməlidir.
Bu sistem Azərbaycanda da tətbiq edilə bilər. Banklar rəsmən soyğunçuluq edirlər, Mərkəzi Bank isə susur.
İqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun dünən 14 ekspertlə 3 saatdan çox davam edən ənənəvi rüblük görüşü olub. Görüşdə inflyasiya göstəricisi, bankların kredit faizləri və komissiya haqları, habelə təmərküzləşmə və sağlam rəqabət, manatın məzənnəsi və bank sisteminin sabitliyi müzakirə olunub:
- Kartdan karta köçürmələrdə banklar tərəfindən komissiya tutulması məsələsi isə Mərkəzi Bankın səlahiyyətində deyil. Mərkəzi Bank bankların tarif siyasətinə qarışa bilməz. Bunun üçün Qanun qəbul olunmalıdır.