Mehriban Zeynalova: Mütləq yazılı razılıq olmalıdır
Yusif Nəzərli
07:19 24.12.2023
Sosial
484
Hamilə qadınlara ancaq bu halda gecə və bayram günlərində işləməyə icazə veriləcək
“Həftəarası iş günlərində də uşaqlı qadınlara güzəşt edilməli, iş saatı onlar üçün azaldılmalıdır ki, ana övladı ilə daha çox vaxt keçirə bilsin”
Azərbaycanda hamilə, 14 yaşınadək uşağı olan qadınlara gecə və bayram günlərində işləməyə icazə verilməsinə dair qanuna dəyişikliklər sonuncu oxunuşdan keçib. Bununla bağlı Əmək Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin dünən keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol veriləcək. Bu, 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil ediləcək. Eyni zamanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər. Dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Əmək Məcəlləsinə edilmiş dəyişiklik barədə “Sherg.az”a danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriabn Zeynalova qeyd etdi ki, hər il Dünya Bankı tərəfindən işləyən qadınların əmək münasibətləri ilə bağlı formalaşmış normaların tətbiq səviyyəsi göstəricilərini ehtiva edən “Qadınlar, biznes və hüquq hesabatı” dərc edir:
- Hesabatda hansı ölkədə əməkçi qadınların vəziyyəti necədir, hansı ölkədə qadınların əmək hüququ daha çox qorunur, bunlara dair məlumatlar verilir və buna əsasən də ölkələrin reytinqi müəyyənləşir. Azərbaycanın reytinqinin yüksəldilməsi üçün Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi zəruri idi və bu, həyata keçdi. Əmək Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində qadın əməyinin istismarının aradan qalxacağını düşünürəm. Qadınların məşğulluq imkanları genişlənməlidir, orta aylıq əməkhaqqı artırılmalıdır, əmək haqqının təyinində gender bərabərliyi təmin edilməlidir. Xüsusilə də, uşaqlı qadınlara münasibətdə güzəştlər mütləq olmalıdır. Uşaqlı qadınlar üçün gecə növbəsində işləmək, bayram, istirahət günlərində çalışmaq çətindir. Ana övladı ilə daha çox vaxt keçirməlidir. Ailənin yükü qadının üzərindədir. Qadına iş yerində istirahət, bayram günləri ilə bağlı güzəşt edilməlidir. İstirahət və bayram günləri uşaq müəssisələri işləmədiyindən, bağlı olduğundan işləyən qadınlar üçün çox çətin olur. Həftəarası iş günlərində də uşaqlı qadınlara güzəşt edilməli, iş saatı onlar üçün azaldılmalıdır ki, ana övladı ilə daha çox vaxt keçirə bilsin. Məktəblilər məktəbdən sonra nəzarətsiz qalmasın deyə, əməkçi qadınların evə tez dönməsi təmin edilməlidir. Əmək Məcəlləsinə edilmiş dəyişiklikdə qadınların əmək hüquqlarının artırılması, iş vaxtı, iş müddətinin qadının istəyinə uyğun tənzimlənməsi müsbət haldır. Bir çox hallarda qadınlar işləmək istəyir, buna maddi ehtiyacları olur. Yaxud da körpəsi olan qadın iş yerini itirməmək üçün analıq məzuniyyətini yarımçıq dayandırıb işə çıxmağa məcbur olur. İş rejimi və müddətinin qadınların öz öhdəsinə qoyulması, işəgötürənin qadını işləməyə məcbur edə bilməyəcəyi baxımından əhəmiyyətlidir. Övladını tənha böyüdən kişilər - atalar da var. Onların əmək hüquqları ilə bağlı da müsbət dəyişiklik edilib. Kişinin 3 yaşınadək övladı varsa və onu özü tək böyüdürsə, gecə növbəsindəki işlərə yalnız özünün razılığı və yazılı ərizə ilə müraciət etdikdə cəlb edilə biləcək. Hesab edirəm ki, bu dəyişikliklər ailə modelinin möhkəmlənməsinə, ailədə narazılıqların aradan qalxmasına kömək edəcək, valideynlərin övladları ilə daha çox vaxt keçirmələrinə səbəb olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya
Saatlıda yanğın törədən şəxs saxlanılıb
10:25 11.08.2026
Hadisə
İrəvanın KTMT-dəki səlahiyyətləri məhdudlaşdırılır
10:17 11.08.2026
Dünya
1630-cu gün: Rusiyanın itkiləri yeniləndi
09:57 11.08.2026
Dünya