Mikro sahibkarlara yeni xəbər: Fərdi qaydada fəaliyyət göstərən...
Yusif Nəzərli
08:25 24.12.2023
Sosial
1119
Fərdi qaydada fəaliyyət göstərən şəxslərə güzəşt ləğv olunacaq
Üç işçisi olan mikro sahibkarlar isə yenə də bu güzəştdən adi qaydada faydalana biləcəklər
Vergi Məcəlləsində 2024-cü ildə baş tutacaq növbəti dəyişiklik mikrosahibkar subyektlərinə bağlı olacaq. Belə ki, mikrosahibkarlıq subyektləri gəlir və xərclərinin uçotunu apardığı təqdirdə gəlirlərinin 75 faizi həcmində güzəşt hüququndan istifadə edə bilərdilər. Lakin növbəti ildən, 2024-cü ildən etibarən mikrosahibkarlıq subyektləri 75 faiz güzəşt hüququndan istifadə etmək üçün mütləq 2 şərtə cavab verməlidirlər.
1-ci şərt: mikrosahibkarlıq subyektinin orta aylıq işçi sayı minimum 3 nəfər olmalıdır.
2-ci şərt: sahibkarlıq subyektinin məcburi dövlət sosial sığorta haqqı üzrə hər hansı borcu olmamalıdır.
Bu iki şərt ödənildikdə mikrosahibkarlıq subyektləri 75 faiz güzəşt hüququndan istifadə edə biləcəklər.
Ekspertlər bu dəyişikliyin vergidən yayınma hallarının qarşısını almaq üçün edildiyini bildirsələr də, bunun kiçik sahibkarlığın çöküşünə gətirib çıxaracağını söyləyənlər də var.
Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun “Sherg.az”a açıqlamasına görə, Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə mindikdən sonra mikrosahibkarlıq subyektlərinin əksəriyyəti fəaliyyətini dayandırmalı olacaq:
“Xüsusən də, dövriyyəsi 15-25 000 arası olan və muzdlu işə cəlb etmədən tək fəaliyyət göstərənlər (ekspertlər, təlimçilər, kiçik sənətkarlıqla məğul olanlar və s.). Vergi Məcəlləsinə edilən dəyişikliklə gəlir vergisinə tətbiq olunan 75 faizlik güzəşt ləğv olunur. Bu o deməkdir ki, gəlir vergisinin həcmi 20 faiz təşkil edəcək. Bunun üstünə 1 faiz nağdlaşma vergisi, bank xərclər və hazırda 101 manat aylıq təşkil edən (icbari və tibbi sığorta bir yerdə) sığorta xərclərini də gələndə fəaliyyət mənasını itirir. Yəni nə qazansan ən azı 50 faizini verməlisən. Bəzi hallarda isə qazancın üstünə əlavə etməlisən (məsələn, aylıq gəlir 100 manat olarsa, onun üzərinə 1 manat da əlavə edib sosial sığorta xərclərinə, 5 faiz gəlir vergisinə ödənilməlidir. Minimum əmək haqqı artarsa, 100 manata daha çox əlavə etmək lazım gələcək).
Problem var idi. Amma onun bu yolla həlli şəksiz ki, mikrosahibkarlığa ağır zərbə olacaq. Bəzi ekspertlər yenə də qonşu ölkələrdə hesab açıb vergiləri başqa dövlətin büdcəsinə ödəyəcək. Mənim kimilər isə VÖEN-i dondurmaqla kifayətlənəcək”.
İqtisadçı-ekspert Xalid Kərimli isə qeyd edib ki, mikrosahibkarlar fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq öz gəlirlərindən və ya mənfəətindən vergi ödəyərkən onlara 75 faiz güzəşt verilirdi. İndi isə bu güzəştin verilməsinin qaydaları dəyişib. Yəni dövlətə və Sosial Müdafiə Fonduna borcu olmayan, eyni zamanda üç işçisi olan mikrosahibkarlar yenə də bu güzəştdən adi qaydada faydalana biləcəklər. Fərdi qaydada fəaliyyət göstərən şəxslərdə isə bu güzəşt ləğv olunacaq:
“İqtisadiyyat Nazirliyinin özü üçün haqlı səbəbləri var. Dövlət Vergi Xidmətində isə düşünürlər ki, 5 faizlik güzəşt mikrosahibkarların vergidən yayınmasına şərait yaradır. Onların qənaətinə görə, dövlət büdcəsindən maliyyələşən və əmək müqaviləsi ilə çalışan işçi 20 faizə qədər vergi ödəyirsə, işçisi olmayan mikro sahibkar da bu qədər vergi ödəməlidir. Çünki həmin mikro sahibkar əlavə iş yeri yaratmır, işçisi yoxdur. Ona görə də işçisi olmayan mikro sahibkarla hansısa qurumda əmək müqaviləsi ilə işləyən şəxs arasında heç bir fərq yoxdur. 3 işçisi olan mikro sahibkara 75 faizlik vergi güzəşti ona görə edirlər ki, həmin sahibkar cəmiyyətə fayda verir, əlavə iş yeri yaradır. Hazırda qeyri-neft sektorunda, yəni dövlət təşkilatlarında çalışanlar öz əməkhaqlarından 10 faiz vergi verirlər. Bundan əlavə, digər ödəmələr də mövcuddur. Dövlət və neft sektorunda çalışan şəxslər isə əməkhaqlarından 14 faiz gəlir vergisi, 3 faiz isə pensiya fonduna ödəməlidir. Yəni dövlət qeyd edir ki, yalnız o sahibkarlar əlavə güzəştlərdən faydalana biləcəklər ki, onlar yeni iş yerləri açırlar, ən azı qeyd etdiyim kimi, təklif edilən güzəştlərdə 3 iş yerinin olması vacib hesab olunur. Bu həm sahibkarları yeni iş yeri yaratmağa həvəsləndirir, həm də vergidən yayınma riskini aşağı salmağa kömək edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya
Saatlıda yanğın törədən şəxs saxlanılıb
10:25 11.08.2026
Hadisə
İrəvanın KTMT-dəki səlahiyyətləri məhdudlaşdırılır
10:17 11.08.2026
Dünya
1630-cu gün: Rusiyanın itkiləri yeniləndi
09:57 11.08.2026
Dünya