
Nehrə yağı adı altında saxta məhsullar hazırlanır - EKSPERT
Yusif Nəzərli
23:41 09.04.2025
Sosial
347
Əsl kərə yağı təxminən 20 litr süd tələb edir və bu səbəbdən onun 1 kiloqramı 20 manatdan ucuz ola bilməz
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində yaxıla bilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 2 istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb. AQTA-dan verilən xəbərə görə, həmçinin bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, tərkibində koliform bakteriyaların, eləcə də kif və maya göbələklərinin aşkarlanması həmin məhsulların mikrobioloji çirklənməsi kimi qiymətləndirilir. Bu cür məhsulların istehlakı isə insan orqanizmi üçün təhlükəli hesab olunur. Ekspertlər tərəfindən Azərbaycanda saxta kərə yağlarının satılması məsələsi kifayət qədər ciddi problem kimi dəyərləndirilir. Qeyd edilir ki, məhsulların əsas təhlükəsi onların tərkibində təbii kərə yağının yerinə bitki yağları, eləcə də müxtəlif kimyəvi qatqıların olmasıdır. Bu cür yağlar, xüsusilə hidrogenləşdirilmiş yağlar, transfetlər kimi zərərli maddələr ehtiva edir ki, bunlar da uzunmüddətli istifadədə sağlamlıq problemlərinə səbəb ola bilər. Saxta kərə yağlarının insan orqanizmində ürək-damar xəstəlikləri, obezite və diabet və bir sıra xroniki xəstəliklərə səbəb ola bilir.Bundan əlavə, saxta yağların tərkibindəki kimyəvi maddələr bəzən allergik reaksiyalara və ya digər zəhərlənmə hallarına səbəb ola bilər. Bu səbəbdən, saxta kərə yağı alarkən, məhsulun tərkibini diqqətlə yoxlamaq və etibarlı brendlərdən alış-veriş etmək çox vacibdir.
Qida təhlükəsizliyi üzrə araşdırmaçı jurnalist Elçin Bayramlının sözlərinə görə, nehrə yağı adı altında bitki yağları, palma yağı, marqarin və heyvanın iç yağı qarışdırılaraq saxta məhsullar hazırlanır. O, "Sherg.az"a açıqlamasında deyib ki, əsl kərə yağı təxminən 20 litr süd tələb edir və bu səbəbdən onun 1 kiloqramı 20 manatdan ucuz ola bilməz:

"Bazarda isə daha ucuz qiymətə yağlar təklif edilir. Böyük ehtimalla da saxta və ya keyfiyyətsiz yağlardır. Bəzi mağazalarda "Belarus kərə yağı" adı ilə kimyəvi tərkibli marqarinlər satılır".
Saxta yağların insan sağlamlığına ciddi zərər verə biləcəyini vurğulayan ekspert insanları bu məhsullardan uzaq durmağa və diqqətli olmağa çağırıb:
"Doğrudur, AQTA bununla bağlı hərəkətə keçib. Amma bu, kafi deyil. Bu gün bazarlarda və ticarət şəbəkələrində kifayət qədər saxta yağlar var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İsrail bizə psixoloji təsir göstərir - Xamenei
21:34 20.03.2026
Dünya
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm