Ombudsman ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirib
Yusif Nəzərli
06:47 09.01.2024
Sosial
343
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair hesabatına münasibət bildirib.
Ombudsman Aparatından verilən xəbərə görə, Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslər sülh və mehribanlıq şəraitində yaşayıb. Son dövrlərdə isə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsində həyata keçirilməyə başlanıb və ölkəmizdə dinlərarası dialoqu təşviq edən bir sıra tədbirlər həyata keçirilib:
"Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Təsadüfi deyil ki, Azərbaycan dünyada dini baxımdan ən tolerant dövlətlər siyahısında yer alan, multikulturalizm və dinlərarası dialoqun nümunəvi modelinin formalaşdığı, antisemitizm, dini ayrı-seçkilik kimi halların olmadığı dövlətlərdəndir. Ölkəmizdə inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı, katolik və pravoslav kilsələri, o cümlədən erməni kilsəsi, yəhudi sinaqoqları fəaliyyət göstərməkdədir.
İnsanların dini inanclarını sərbəst şəkildə həyata keçirmələrinə şərait yaradılması, vicdan azadlığı hüququnun yüksək səviyyədə təmin edilməsi, eləcə də fəaliyyət dövrü ərzində Ombudsmana bu məsələ ilə əlaqədar şikayətlərin demək olarki, olmaması da bu faktın bariz göstəricilərindəndir.
Bu baxımdan, ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik.
Həmin hesabatda ölkəmizlə bağlı yer almış məlumatların heç bir əsasının olmadığını bir daha bəyan edir, bu cür sənədlərin hazırlanması zamanı ikili standartlara yol vermədən məsuliyyətli, reallığı əks etdirən və faktlara əsaslanan təhlillərin aparılmasını vacib hesab edirik.
Bununla yanaşı hesabatda qeyd olunanların əksinə olaraq, məhz Azərbaycanın uzun illər ərzində Ermənistanın işğal, etnik təmizləmə siyasətindən əziyyət çəkdiyini, xalqımıza məxsus dini-tarixi abidələrin, o cümlədən məscidlərin, ibadət yerlərinin kütləvi şəkildə məhv edildiyini, dini abidələrin saxtalaşdırıldığını, 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarda, o cümlədən hal-hazırda Ermənistan ərazisində azərbaycanlılara məxsus çoxsaylı qəbiristanlıqların dağıdıldığını və təhqir edildiyini bu sənədi tərtib edənlərin diqqətinə bir daha xatırlatmaq istərdik.
Sadalanan faktlar ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın arxasında dünya ictimaiyyətində ölkəmiz barədə mənfi rəy yaratmağa yönəlmiş qərəzli siyasətin dayandığını deməyə əsas verir.
Azərbaycan Ombudsman təsisatı dinindən, dilindən, irqindən və digər əlamətlərindən asılı olmayaraq, hər kəsə bərabər imkanların təmini edilməsini daim diqqətdə saxlayır. Eyni zamanda, fəaliyyətimizi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapmış “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq, ölkədə mövcud olan sabitliyin, multikultural və tolerant mühitin, yerli xalqlar arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi naminə hər kəsin səylərini birləşdirməsi konsepsiyası əsasında qururuq.
Azərbaycan Ombudsmanı olaraq bir daha vurğulamaq istəyirəm ki, ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən bu cür əsassız və qərəzli hesabat və bəyanatların yayımlanması qəbuledilməzdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya