
Ötən il bu sahələr üzrə elmi dərəcə alan olmayıb -Səbəb nədir? AÇIQLAMA
Yusif Sultanoğlu
13:49 05.01.2024
Sosial
5874
Ötən il ərzində elmlər doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb.Bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Bildirilib ki, 2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib. Onlardan riyaziyyat üzrə 5, astronomiya üzrə 2, fizika 5, kimya üzrə 1, biologiya elmləri üzrə 6, yer elmləri üzrə 1, tibb elmləri üzrə 11, texnika elmləri üzrə 7, əczaçılıq elmləri üzrə 1, iqtisad elmləri üzrə 7, coğrafiya üzrə 1, tarix üzrə 9, hüquq elmləri üzrə 4, filologiya elmləri üzrə 32, pedaqogika üzrə 3, psixologiya üzrə 1, sənətşünaslıq üzrə 1, memarlıq üzrə 1, fəlsəfə üzrə 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb.
Mexanika, aqrar elmlər, antropologiya, siyasi elmlər, sosiologiya, milli təhlükəsizlik və hərbi elmlər üzrə isə elmlər doktoru elmi dərəcəsi alan olmayıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, "Qeyd olunan ixtisaslar üzrə elmlər doktoru dərəcəsinin olmaması təəssüfləndirici məqamdır:
“Bunun bir neçə səbəbi var. Beləki, bu sahəni bitirən mütəxəsislərin iş tapmaq imkanları zəif olur. Digər bir səbəb kimi həmin sahədə karyera həyatına başlamaq üçün vaxt azlığının olmasıdır. Düşünürəm ki, bu istiqamətdə motivasiyaedici qərarlar qəbul edilməsinə ehtiyyac var. Günümüzdə acı reallıq ondan ibarətdir ki, müəyyən şəxslər saxta üsullarla doktorluq adı əldə edir, onların müdafiədən xəbəri belə yoxdur. Bu da bir növ vaxtı ilə Milli Elmlər Akademiyasında və digər istiqamətdə bürokratik maliyyələrin olması, müəyyən əngəllərin yaradılması idi ki, belə istiqamətlər üzrə elmi tədqiqat işləri aparılmasına maneçilik törədirdi. Əngəl yarandığına görə,onlar təhsil almaq istəmirdilər. Hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində Dövlət Başçısını müvafiq sərəncamı əsasında bu tabelik verilib”.

Ekspert vurğulayıb ki, gənc alimlərin elm tədqiqat işlərinin aparılmasına dövlət tərəfindən yardım olunacaq:
“Adı çəkilən sahələrdə elmlər doktorluğu üzrə təhsil alan şəxslərin sayı artacaq. Burada diqqət edilməli nüans isə bu sahələr üzrə xarici dildən imtahanın verilməsidir. Bəzilərinin ingilis dili səviyyəsi ideal olmadığı üçün imtahandan çəkinir və yaxud uğur əldə edə bilmirlər. Bir sözlə, yenidən imtahan verməyə motivasiyaları olmur. Bu məsələdə də güzəştlər edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks