Parlamentdə mobil sığınacaqların yaradılması təklif olunur

Parlamentdə mobil sığınacaqların yaradılması təklif olunur.

Teleqraf xəbər verir ki, bunu "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

O bildirib ki, bu addımın atılması xeyli insana kömək olacaq:

"Bəzən sığınacağa yerləşdirilməli olan şəxsin Bakıya gətirilməsi gec olur. Onlara yardım üçün mütləq şəkildə mobil sığınacaqlar hazırlanmalıdır".