
Psixoloq: Valideyn başlanğıcda uşağa nə verirsə yetkinlik dövründə də onu alır
10:59 08.05.2025
Sosial
360
Bakıda yeniyetmə oğlan anası ilə dalaşandan sonra itkin düşüb.
Oxu.Az-ın xəbərinə görə, hadisə mayın 5-də baş verib.
Paytaxtın Nizami rayonu, Babək prospekti. 67, mənzil 5-də yaşayan Əhmədova Şamba Şaməddin qızı Nizami RPİ-nin 24-cü PŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, övladı, 2009-cu il təvəllüdlü Əhmədov Marif Nicat oğlu onunla ailə-məişət zəminində mübahisə edərək yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
İtkin düşən şəxs Əhmədov Marif Nicat oğlunun olduğu yerin müəyyən edilməsi ilə bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Psixoloq Sevinc Baxışova Sherg.az-a bildirib ki, valideynlərin uşaqlarla yeniyetmələri düzgün ayırd edə bilməməsi bəzi ciddi problemlərin baş verməsinin əsas səbəbidir:

“Əksər hallarda valideynlər nəyə icazə vermək və ya nəyə qadağa qoymaq lazım olduğunu bilmirlər. Bütün bunların hamısı valideynlərlə yeniyetmələr arasındakı qarşılıqlı münasibətdə bir sıra problemlərin yaranmasına səbəb olur. Valideyn-yeniyetmə arasındakı qarşılıqlı münasibətlər nə qədər əlverişli olarsa, onların şəxsiyyətinin formalaşması da bir o qədər düzgün istiqamətdə gedər. Yeniyetməlik dövrü problemli bir dönəm demək deyil. Valideyn başlanğıcda uşağa nə verirsə yetkinlik dövründə də onu alır. Bu dövrdə bütün gizli işlər üzə çıxır, böhran və konfliktlər nəzərə çarpır. Yeniyetmələr və valideynlər arasında qarşıdurma belə başlayır. Yeniyetmələr kobud, sərt olur, valideynlərini və başqa şəxsləri tənqid edir. Əvvəl valideynlər uşaqlarla qarşılıqlı münasibətlərdə çox şeyləri hiss etmirdilər, öz avtoritetlərinin yüksək olmasına inanırdılar bu dövrlərdə fizioloji dəyişikliklər və psixoloji dəyişikliklərin bir-biri ilə bağlılığını yadda saxlamaq lazımdır. Həyat insana ona görə verilib ki, ömrünün son dəqiqələrinə kimi onu qorusun. Ürəyimizi sevgi ilə doldursaq, bir birimizə qarşı diqqətli və anlayışlı olsaq, yaxın və doğmalarımızın səhv qərarlarına mane olub həyatlarını xilas edə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya