
Qəzzadan gətirilən vətəndaşlarla ciddi iş aparılmalıdır
Yusif Nəzərli
06:34 30.12.2023
Sosial
718
Bu məsələ sadəcə kimisə təyyarəyə oturdub Azərbaycana gətirməklə kifayətlənmir
Repatriasiya zamanı görülməsi ən mühüm tədbirlərdən biri həmin şəxslərin yerli cəmiyyətə reabilitasiyasıdır
2023-cü il ərzində Azərbaycan hökuməti tərəfindən vətəndaşlarımızın repatriasiyası, xarici ölkələrdə baş vermiş hərbi münaqişə, təbii fəlakət və digər böhran halları ilə əlaqədar təxliyəsi istiqamətində fəaliyyət həyata keçirilib.
Bu barədə XİN-in 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunublar. 26 aprel tarixində Sudandakı vəziyyət ilə əlaqədar bu ölkədə yaşayan 26 Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya olunublar. Qəzza sektorundan (Fələstin) 12 nəfər Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi istiqamətində əlaqələndirmə işləri aparılıb. İl ərzində Suriyadan ölkəmizə 13 nəfər qadın, 49 nəfər uşaq olmaqla 62 nəfərin repatriasiyası həyata keçirilib. Eyni zamanda İraqdan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib. Hazırda İraq Respublikasında Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyəti müəyyənləşdirilmiş azyaşlı qalmayıb.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov isə “Sherg.az”a açıqlamasında repatriasiya prosesinin dövlətlərarası imzalanmış readmissiya haqqında saziş çərçivəsində baş verdiyini bildirib. Bu proseslə bağlı dövlətin müəyyən şəkildə üzərinə götürdüyü öhdəliklər olduğunu vurğulayan Platforma rəhbəri deyib ki, repatriasiya hansısa bir ölkədə məskunlaşan şəxslərin müxtəlif səbəblərdən vətəndaşlığı olduğu ölkəsinə qayıtmasıdır:
“Bu proses xüsusən də hərbi münaqişələr, təbii fəlakətlər zamanı həyata keçirilir. Məsələn, ilin əvvəli Türkiyədə baş vermiş zəlzələ nəticəsində xeyli sayda 661 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən ölkəmizə repatriasiya olunublar.
Bundan əvvəl də hərbi əməliyyatlarla əlaqədar İraqda və Suriyada ağır şəraitdə yaşayan vətəndaşlarımızın da repatriasiyası istiqamətində bir neçə ildir ciddi işlər həyata keçirilir”.

Repatriasiya ilə təxliyə anlayışlarının bəzən eyniləşdirildiyini vurğulayan A.Allahverənov deyib ki, bunlar tamamilə fərqli proseslərdir:
“Təxliyə konkret bir ərazidə yaşanan hadisə ilə bağlı orada yaşayan şəxslərin xilas edilməsidir. Repatriasiya isə daha geniş anlamda həyata keçirilən bir tədbirdir. Burada söhbət sadəcə təhlükə altında qalan şəxslərin müharibə və yaxud fəlakət bölgəsindən çıxarılması deyil. Bu anlayış özündə kompleks tədbirləri ehtiva edir.
Repatriasiya olunan şəxslərin ölkəyə qaytarılması zamanı onların üzləşdikləri problemlərin həlli istiqamətində tədbirlər görülür, sənədləri qaydasına salınır. Həmçinin onların reabilitasiyası üçün sosial işçilər, psixoloqlar prosesə cəlb olunur. Səhhətində problem olan insanlar müayinəyə cəlb edilir. Uşaq varsa, onların təhsil məsələsi həll edilir. Psixoloji dəstəyə ehtiyacı varsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturları prosesə cəlb edilir. İşsizlik probleminin həlli Dövlət Məşğulluq Agentliyinə həvalə edilir .
Sosial işçilərin təması da mühüm faktordur”.
Bir neçə dövlət qurumunun repatriasiya prosesində yaxından iştirak etdiyini vurğulayan A.Allahverənov onu da qeyd edib ki, Xarici İşlər Nazirliyi və onun diplomatik korpusu, Diaspora ilə İş üzrə Dövlət Komitəsi bilavasitə bu proseslərlə yaxından məşğul olur:
“Azərbaycan vətəndaşlarının repatriasiya ediləcəyi ölkədə diaspora təşkilatı, diplomatik korpusumuz yoxdursa, həmin ölkədə insan hüquqlarının müdafiəsi ilə məşğul olan yerli təşkilatlar da bu prosesdə iştirak edə bilirlər. Uzun müddət Almaniyada, Hollandiyada yaşayan və müəyyən səbəblərdən Azərbaycana repatriasiyasına zərurət yaranan şəxslərin ölkəmizə qayıtması üçün beynəlxalq miqrasiya təşkilatlarının köməklik etməsi kimi təcrübələr var”.
Ekspertin sözlərinə görə, repatriasiya zamanı görülməsi ən mühüm tədbirlərdən biri həmin şəxslərin yerli cəmiyyətə reabilitasiyasıdır. Bu məsələ sadəcə kimisə təyyarəyə oturdub Azərbaycana gətirməklə kifayətlənmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm