
Sosioloq: Narkotikdən istifadə edənlər günahı başqasının üzərinə yıxır
11:31 25.12.2023
Sosial
432
Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakinləri 1990-cı il təvəllüdlü Afiq Quliyev, 2001-təvəllüdlü Ramilə Qurbanova və 1987-ci il təvəllüdlü Nicat Əliyev saxlanılıblar. Bu şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana, psixotrop tərkibli metadon həbləri və metanfetamin aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
İndiki dövrdə narkotik vasitələrin satışında artıq qızların da iştirak etdiyini görürük. Nədir səbəb? Onlar buna məcbur etdirilir?
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, Yaşları az olmalarına baxmayaraq, belə şəxslərin sayı çoxluq təşkil edir:

"Narkotikdən istifadə edən şəxs heç vaxt özünün ilk qəbul etdiyini boynuna almır. Əksəriyyəti günahı başqasının üzərinə yıxır. "Məcbur etdilər","öyrətdilər" kimi bəhanələrin arxasına sığınırlar. Kiminsə, öyrətməsi isə primitiv bir məsələdir. Çünki hər bir insanın öz iradəsi olmalıdır. Nə qadağa olunursa, ona maraq daha da böyüyür. Düşünürəm ki,nə qızları, nə də oğlanları bu maddəni istifadə etməyə görə, məcbur edə bilməzlər. Həmin insanlar narkotikin marağında olur və iradəsi zəif şəxslərdir. Aşkar edilən vasitələrdən məlumdur ki, istifadəçi deyil,satışla məşğuldur. Böyük ehtimalla, hansısa şəxsin kuryeridir və yaxud özü alış-satışla məşğuldur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya