Sosioloq od püskürdü: Əxlaqsızlığı təbliğ edən verilişlər və şəxslər xüsusilə qabardılır
12:10 10.04.2025
Sosial
424
Speys TV-də yayımlanan "Tarixin bir günü" verilişində efir etikası və ictimai dəyərlərlə ziddiyyət təşkil edən fikirlərin səsləndirilməsi ilə bağlı iddia sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. Verilişin aparıcısı Tarix Əliyev (Tolik) qonağı müğənni Nüşabə Musayevadan xəyanət edib-etmədiyini soruşub. Qonaq isə xəyanətlə üzləşdiyini, buna cavab olaraq özü də xəyanət etdiyini açıq şəkildə və təbəssümlə dilə gətirib.
Qonağın bu davranışı haqlı və müsbət bir hərəkət kimi təqdim etməsi, aparıcının isə bu açıqlamaları daha da təfərrüatı ilə öyrənməyə çalışması müzakirələri bir qədər də alovlandırıb.
Sözügedən çıxışlar sosial şəbəkə istifadəçiləri tərəfindən ailə dəyərlərinə, ictimai əxlaq normalarına və ümumi mənəvi prinsiplərə zidd kimi qiymətləndirilib. İzləyicilər hesab edirlər ki, bu tip efir çıxışları xüsusilə gənclər üçün zərərli mesajlar verir və onların davranış modellərinə mənfi təsir göstərə bilər.
Kult.az xəbər verir ki, Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Oxu.az-a açıqlamasında Azərbaycan Respublikası Audiovizual Şurasının aidiyyəti struktur bölmələri tərəfindən sözügedən fikirlərin efirdə səsləndirilməsi iddiası ilə bağlı müvafiq qaydada araşdırma aparıldığını bildirib:
"Araşdırmanın nəticələrinə görə, bu il aprelin 9-da 14:45-17:00 efir vaxtında Speys TV-də yayımlanan "Tarixin bu günü" proqramında iddia olunan fikirlərin efirdə yayımlanmadığı aşkar olunub".
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, ölkəmizdə artıq mənəvi deqradasiya o dərəcədə kulminasiyaya çatıb ki, əxlaqsızlıq və mənəviyyatsızlıq məsələsi açıq şəkildə kütləvi təbliğ olunur:
“Burada məsələnin iki tərəfi var. Birinci tərəf bu işi xüsusi məqsədlə təşkil edənlərdir. Özəl televiziya və radioların xüsusi rolu var. Bunlar hansısa mərkəzlərdən, gizli təşkilatlardan idarə olunaraq qəsdən bu prosesi aparırlar. Məqsəd isə Azərbaycanda bütün mənəvi dəyərlər sistemini çökdürmək, ailə institutunu dağıtmaq əxlaqsızlaşdırmaqdır. Bunlara çox geniş, azad şərait yaradılıb ki, televiziyalarda və radiolarda yalnız bunlar dəvət olunur, verilişlərə belə bir mövzular verilir. Məsələ burasındadır ki, bu şəxslər niyə bu mövzunu çıxarırlar, niyə bu verilişi həyata keçirirlər bilinmir. Biz efirdə, ziyalıları, alimləri, demək olar ki, görmürük. Cəmiyyətə neqativ informasiyalar verən, psixotron, terror həyata keçirən, mənəviyyatsızlıq, əxlaqsızlıq təbliğ edən verilişlər və şəxslər xüsusilə qabardılır. Buna isə nə cəmiyyətdə ciddi etiraz var, nə də ki, müvafiq orqanların və Teleradio Şurasının bu barədə heç tükü də tərpənmir”
Ekspertin sözlərinə görə bütün qanunlara, Konstitusiyamıza, mənəvi dəyərlərimizə, milli mədəniyyətimizə, tüpürülərək, açıq şəkildə dövlətin gözü qarşısında bu cəmiyyətə mənəvi terror həyata keçirilir:
“İkinci tərəfdən bütün cəmiyyətlərdə, əxlaqsız, mənəviyyatsız şəxslər olur və olmalıdır. Məsələ ondadır ki, bunlara meydan verilib, ancaq təbliğatına imkan yaradılmamalıdır. Həmin insanların bu zərərli fikirləri son 20-30 ildə cəmiyyətimizin bütün dəyərlər sistemini darmadağın edib. Statistikalara baxanda görürük ki, boşanmalarda artıq 50 faizi keçərək dünya liderliyinə yüksəlmişik. Bu kimi müxtəlif problemlər cəmiyyətdə çox ciddi faciələrə aparıb çıxarır. Hər bir insanın öz şəxsiyyəti, mənəviyyəti və ləyaqəti olmalıdır. Kiminsə nəsə etməsi əsas vermir ki, sən də onu etməlisən. Bu şəxslər cəzalandırılmalı, efirlərdən yığışdırılmalıdır. Bunu təbliğ etmək, haqq qazandırmaq, başqalarını da belə olmağa dəvət eləməkdir və bundan ağır cinayət yoxdur. Dünyanın heç bir ölkəsində bizdəki kimi dəhşətlər, rəzalətlər, biabırçılıqlar və azğınlıqlar yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İsrail bizə psixoloji təsir göstərir - Xamenei
21:34 20.03.2026
Dünya
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm