
Təhsil sistemində gender disbalansı artacaq - RƏY
11:11 25.12.2023
Sosial
493
“Qadın müəllimlərin orta aylıq əmək haqqı ali təhsilli qadının orta aylıq əmək haqqının 90%-i, kişi müəllimin orta aylıq əmək haqqı ali təhsilli kişinin orta aylıq əmək haqqının 71%-i qədərdir”.
Bunu “Sherg.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspertin sözlərinə görə, mövcud fərq müəllim peşəsinə münasibətdə gender disbalansına təsir edən ilk amil olaraq qiymətləndirilə bilər:

“Son onillikdə müəllim peşəsinin “feministləşdirilməsi”ni bir danılmaz fakt olaraq qeyd edə bilərik. Nümunə olaraq tədqiqat aparılan bütün ölkələrdəki qadın müəllimlərin orta payının 2005-ci ildəki 61%-dən 2014-cü ildəki 68%-ə qalxması göstərilir. Bu artım ABŞ və Sloveniyada 1% təşkil edirsə, Almaniya, Yaponiya və Yunanıstanda 15% təşkil edir. Lakin təhsildə qadın müəllimlərin sayı nə qədər çox olsa da rəhbər vəzifədə işləyən qadınların sayı bir o qədər çox deyildir.
Gender disbalansının başqa bir tərəfi olaraq təhsilin müxtəlif səviyyələrindəki vəziyyət də qeyd edilir. Təhsil səviyyəsi yüksəldikcə qadın müəllimlərin ümumi payı da azalır. Belə ki, məktəbəqədər təhsildə qadın müəllimlərin payı 97%, ibtidai təhsildə 82%, orta təhsildə 63%və ali təhsildə 43% təşkil edir.
Tədqiqat nəticələrindən də aydın olur ki, araşdırma aparılan ölkələrdə qadın müəllimlərinin payının ən çox olduğu yaş 30 yaşa qədər olan aralıqdır. Bu statistika gələcəkdə təhsildə gender disbalansının daha da artacağını proqnozlaşdırmağa imkan verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya