Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın inkişafını müzakirə edib
Yusif Nəzərli
11:53 14.04.2022
İqtisadiyyat
660
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim arasında onlayn görüş keçirilib.
"Report" xəbər verir ki, İqtisadiyyat naziri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi, eləcə də qarşıdan gələn Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb, ölkəmizdə Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına önəm verildiyini qeyd edib. Vurğulanıb ki, ölkələrimizin biznes dairələri arasında işgüzar münasibətlər inkişaf edir, ticarət-investisiya əməkdaşlığı əlaqələrimizin əsas istiqamətlərindəndir.
Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakının əhəmiyyətini diqqətə çatdıran nazir həmçinin, Azərbaycanda kənd təsərrüfatının prioritet sahələrinə investisiya qoyuluşu və birgə müəssisələrin yaradılması, məhsullarımızın Səudiyyə Ərəbistanına ixracı, KOB sahəsində qarşılıqlı təmasların artırılması, investisiya və biznes imkanları mövzusunda hər iki ölkədə tədbirlərin keçirilməsi və s. barədə fikirlərini bölüşüb.
Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim ölkəsində Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə tərəflər iqtisadi münasibətlərin təşviqi, ticarət əlaqələrimizin davamlı inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya