Türkiyəli aktrisa Bergüzar Korel ardıcıl hamiləliklərdən sonra 20 kilo arıqlaması ilə yenidən gündəmə gəlib.
Sherg.az xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşdığı yeni fotoları ilə diqqət çəkib. Onun mayolu şəkilləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Korel qısa müddətdə arıqlamaq üçün zəiflədici iynələrdən istifadə etdiyi iddialarını təkzib edib. O bildirib ki, nəticəni dörd ay ərzində ciddi qidalanma rejimi, müntəzəm məşqlər və dietoloqunun hazırladığı proqram sayəsində əldə edib.
Üç uşaq anası olan aktrisa daha əvvəl emosional qidalanma problemi yaşadığını da etiraf edib.
Mətbuatda yer alan məlumata görə, Bergüzar Korelin yeni görünüşündən sonra çimərlik geyimləri istehsal edən bir sıra brendlər onunla reklam əməkdaşlığı üçün danışıqlara başlayıb.