
Erməni jurnalistin əhəmiyyətsiz açıqlamaları - RƏY
Yusif Nəzərli
06:42 07.05.2024
Gündəm
568
Ermənistanda son dövrlər baş verən proseslər ölkə daxilində yaranmış böhranın məntiqi nəticəsidir
Ermənistanın Tavuş vilayətinin Qazaxla sərhəddə yerləşən Əskipara (Voskepar) kəndi ilə bağlı əvvəllər çəkilmiş sənədli film Ermənistanın birinci kanalının saytından silinib. Bunu Birinci Kanalın keçmiş jurnalisti Marianna Paytyan deyib.
Jurnalist bildirib ki, “Sərhəddə həyat” adlı sənədli film seriyası ümumilikdə saytdan silinib: “Kanalın saytında Voskeparla bağlı bölümü axtarırdım. Məlum oldu ki, sərhəddəki yaşamla bağlı çəkdiyimiz bütün seriyalar saytdan silinib. Lakin məndə arxivlərdə qalıb. Bir az da axtardım, gördüm ki, Şuşanı necə almağımızla (işğal etmişdilər – red.) bağlı filmi, hətta Xankəndi xəstəxanasından hazırladığımız reportajları da siliblər”.
Qeyd edək ki, Əskipara - Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Erməni jurnalistin bu açıqlaması ictimaiyyət üzvləri arasında Ermənistan hökumətinin sülhə hazırlıq mərhələsi kimi dəyərləndirilib.
Siyasi şərhçi Azər Niftiyev isə “Sherg.az"a açıqlamasında deyib ki, erməni siyasətçilərin, jurnalistlərin verdiyi açıqlamalar, etirafları bizim üçün bir o qədər də əhəmiyyət kəsb eləmir:

“Hesab edirəm ki, Ermənistanda son dövrlər baş verən proseslər ölkə daxilində yaranmış böhranın məntiqi nəticəsidir. Əvvəla onu deyim, Ermənistan müxalifəti revanşist qüvvələr Paşinyanı kapitulyasiya aktında dövlət maraqlarını satmaqda ittiham edirlər. Lakin bir həqiqət var ki, 44 günlük Vətən müharibəsindən sonra Paşinyan Azərbaycana qarşı “əzələ nümayiş” etdirir, Şuşadakı Cıdır düzündə rəqs edir, “Qarabağ Ermənistandır” deyərək qıcıqlandırıcı metodlardan istifadə edirdi. Həmin vaxtı Prezident İlham Əliyevin onlara bir xəbərdarlığı oldu ki, Ermənistan işğalçı siyasətindən əl çəkməlidir. Müharibədən qabaqkı dövrlərdə Azərbaycan bir yox, bir neçə dəfə Ermənistana sülh çağırışları etdi, lakin Ermənistan hökuməti təxribatçı və işğalçı mövqeyindən əl çəkmədi. Beynəlxalq hüquq qeyri- işlək bir vəziyyətə gəldi, dünya dövlətləri isə bu gün olduğu kimi o zaman da Ermənistanın maraqlarından çıxış etdilər. Azərbaycan da öz işini özü görməli oldu və nəhayət ki, 2020-ci ildə Azərbaycan ordusu tarixi qələbə qazanaraq Ermənistanın işğalına son qoydu. 2023-cü ilin sentyabrında baş tutan antiterror əməliyyatlarından sonra isə separatçılar tərkisilah olunaraq Azərbaycanın suverenliyi bərpa edildi. Azərbaycanın qələbəsi, işğal olunan torpaqların azad edilməsi, Xankəndinin separatçılardan təmizlənməsi, bu yaxınlarda anklav olmayan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı əldə olunan razılaşma Ermənistanın daxilində çox ciddi gərginliyə səbəb olub. İndiyə qədər Rusiyanın ruporu ilə fəaliyyət göstərən Ermənistanın siyasi elitası öz siyasətini dəyişib Qərbin ruporu rolunda çıxış etməyə başladı. Ermənistan qalıb qıraqda, qərb dairələri Cənubi Qafqazı qarışdırmaq, bölgəyə nəzarət etmək üçün bütün variantlardan istifadə edirlər. Paşinyan hökuməti isə birmənalı olaraq qərbin bu siyasətinin icrası ilə məşğuldur. Müxalif qüvvələrin isə antiqərb siyasəti yeritdiyi məlumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat