Kölndə müharibə əleyhinə keçirilən etiraz aksiyası iğtişaşlarla nəticələnib
13:40 31.08.2025
Dünya
412
Almaniyanın Köln şəhərində müharibə əleyhinə keçirilən etiraz aksiyası iğtişaşlarla nəticələnib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, “Rheinmetall”i silahsızlaşdırın!” şüarı altında keçirilən yürüşdə polis və etirazçılar arasında qarşıdurma baş verib. Polis məlumatında bildirilib ki, etirazçılar dəfələrlə qanunları pozduqları, polis əməkdaşlarına hücum etdikləri üçün aksiya dayandırılıb. Hüquq-mühafizə orqanları hücumların qarşısını almaq üçün gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Hadisə nəticəsində 12 polis əməkdaşı xəsarət alıb. Etirazçılar arasında da xəsarət alanlar var.
Etirazçılar Almaniyanın hərbsizləşdirilməsini və silahlanmanın dayandırılmasını tələb ediblər. Üç min nəfərin qatıldığı yürüşdə sülh təşəbbüsləri və Fələstin tərəfdarı qrupların üzvləri iştirak ediblər. Onlar Almaniyada hərbi xidmət haqqında yeni qanuna etiraz edərək xalqlar arasında dostluğun vacibliyini vurğulayıblar.
Polis nümayişçilərin binaları və küçələri blokadaya almasının qarşısını almağa çalışıb. Etirazçılar arasında bir neçə gün əvvəl eyni şüar altında Kölnün müxtəlif yerlərini, o cümlədən Sosial Demokrat Partiyasının (SPD) qərargahını, mühərrik istehsalçısı “Deutz AG” şirkətinin bir anbarını və orduya məxsus kazarmanı blokadaya almış şəxslər də olublar. Bir neçə nəfər saxlanılıb və onların şəxsiyyətləri müəyyənləşdirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou